Rusiya "Avanqard" raket kompleksinin hazırlanmasını başa çatdırdı

Strateji təyinatlı raket qoşunları rəhbərliyi "Avanqard" hipersəsli raket komplekslərinin qəbul edilməsi üçün məntəqələri hazırlamağa başlayıb.
Avtosfer.Az Trend-ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu tədbirlərin ölkənin hərbi təhlükəsizliyinin gücləndirilməsi çərçivəsində həyata keçirildiyini bəyan edib.
Nazirlikdən verilən məlumatda qeyd olunur ki, Rusiya müdafiə-sənaye kompleksi yenilənmiş "Avanqard" raketlərinin hazırlanmasını artıq başa çatdırıb.
Bildirilir ki, sənaye müəssisəsi artıq kompleksin seriyalı istehsalına başlayıb.
Qeyd olunur ki, yeni raket komplekslərinin qəbulu üçün Dombarovski rayonunda təşkilati və texniki işlər aparılır.
Müdafiə Nazirliyi onu da qeyd edib ki, yeni strateji silah sistemlərinin yaradılması Rusiyanın müdafiə gücünün artırılmasına, ölkə və onun müttəfiqlərinə qarşı hər hansı təcavüzün qarşısının alınmasına istiqamətlənib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












