Rusiya və Çin ABŞ-nin təyyarə layihəsini sual altında qoyur

ABŞ müdafiə sənayesinin ən üzdə olan layihəsi F-35 təyyarələrinin kütləvi istehsalı risk altındadır.
Avtosfer.az Avropa mənbələrinə istinadla xəbər verir ki, ən son texnoloji yeniliklərə malik bu təyyarələrin istehsalı üçün böyük həcmdə nadir metallar tələb olunur. Bunların başında isə samarium gəlir.
1853-cü ildə kəşf edilmiş bu metaldan istiyədavamlı cihaz və avadanlıq istehsalında istifadə edilir. Bir təyyarənin ərsəyə gəlməsinbə 3 kiloqramadək samarium tələb olunur.
Problem budur ki, Çin ötən aydan nadir metalların ixracını kəskin şəkildə məhdudlaşdırıb. Çindən kənarda isə mənbələr yetərli deyil.
İkinci çətinlik titanla bağlıdır. Son 30 ildə ABŞ aviasiya sənayesinin əsas titan təchizatçısı Rusiya olub. Ukrayna müharibəsindən sonra rus titanı sanksiya siyahısına düşüb.
Mütəxəssislər çıxış yolu kimi müvəqqəti olaraq silinmiş təyyarələrdən metalın çıxarılmasını təklif edirlər.
PS. O ki qaldı son günlərdə İran mətbuatında F-35 qırıcılarının vurulmasına, bu dezinformasiyadan başqa bir şey deyil. Təxminən 5 belə təyyarə vurulduğu iddia edilsə də, heç birində foto/video sübutlar təqdim edilməyib. İKT mütəxəssisləri iddia edirlər ki, fotolar süni intellektlə yaradılıb.
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












