Rusiyada iqtisadi geriləməyə daha bir sübut

2025-ci ilin ilk 7 ayında Rusiyada 58 min ədəd yüngül kommersiya avtomobili satılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz azdır.
Avtosfer.az xəbər verir ki, statistikanı Rusiya Ticarət Nazirliyi yayıb.
Müstəqil ekspertlər geriləməni bir çox səbəblə izah edirlər. İlk növbədə Federasiyada bu tip avtomobillər bahalaşıb. Digər tərəfdən, 28 faizə çatan kreditlər müəssisələrin və fiziki şəxslərin texnikanı təzələməsinə imkan vermir. Lizinq şərtləri də əlverişli deyil.
Beynəlxalq təcrübədə isə belə bir müqayisə mövcuddur: yüngül kommersiya avtomobillərinin satışının yaxşı getməsi kiçik və orta sahibkarların vəziyyətinin qaydasında olduğunu göstərir. Əks hal isə, iqtisadi vəziyyətin çox da ürəkaçan olmadığının səssiz sübutudur. Cari ildə dünyanın ən böyük əraziyə malik dövlətində bütün növ avtomobillərin və kənd təsərrüfatı texnikasının satışları azalan xətt üzrə gedir. Bu da ölkədə ümumi iqtisadi vəziyyətin hansı yerdə olduğunu göstərir.
PS. Avtomobil zavodlarında istehsalın dayanmasına və/və ya minimuma enməsinə rəğmən kütləvi ixtisarların olmaması iqtisadi deyil, inzibati amillərlər izah edilə bilər.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












