Rusiyada taksi biznesi çökə bilər

Bu ilin sonunadək Rusiyada taksi parklarının 20 faizi fəaliyyətini dayandıra bilər.
Avtosfer.az xəbər verir ki, bu arədə “İzvestiya” nəşri məlumat yayıb. Bildirilir ki, 2026-cı ildə daşıyıcıların daha 10 faizi bazarı tərk edəcək. Bununla da ölkədə ciddi taksi qıtlığı yaranacaq.
Böhrana səbəb Mərkəzi Bankın yüksək uçot dərəcəsi və lizinqin baha olmasıdır. Taksi üçün lizinq təxminən 48 faizdir ki, bu da bir çox parkın büdcəsinə uyğun deyil. 10 faizlik dövlət proqramı isə taksilərə şamil edilmir.
Buna görə də bir çox park avtomobillərini yeniləyə bilmir. Köhnə maşınların istifadəsi isə parkın xərclərini artırır.
Bir maraqlı məqam da budur ki, bankrot təhlükəsi ilə üzləşən şirkətlərin əksəriyyəti 3 il əvvəl təsis edilənlərdir. Həmin vaxt tələbat çox olduğundan şirkətlıər kütləvi şəkildə taksi biznesinə girişmişdi. İndi ictimai nəqliyyatda vəziyyət nisbətən yaxşılaşdığı üçün taksiyə maraq azalır.
Bizcə, bu vəziyyət Azərbaycandakı taksi şirkətləri üçün də bir siqnal olmalıdır. Hər hansı sahəyə kütləvi axın ciddi rəqabət yaradır ki, buna da hamı dözə bilmir. Digər tərəfdən, son aylarda avtobus zolaqlarının artması bizdə də tədricən ictimai nəqliyyata yönəlmə yaradır.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












