Rusiyanın məşhur traktor zavodu fəaliyyətini dayandırır

Qərbin sanksiyaları Rusiyada əksər sektorlar kimi kənd təsərrüfatına da ciddi təsir göstərib.
Avtosfer.az “Reuters”ə istinadla xəbər verir ki, ciddi maliyyə çətinlikləri milə üzləşən fermerlər kənd təsərrüfatı texnikasını yeniləmir. İlin əvvəlindən taxılyığan kombayn satışları 76 faiz, yemyığan maşın satışı 49 faiz, traktor stışları isə 48 faiz azalıb.
Bu səbəbdən ölkənin əsas kənd təsərrüfatı maşınları zavodu “Rostselmaş”ın işində ciddi çətinliklər yaranıb. Ukrayna müharibəsinədək Federasiyanın kənd təsərrüfatı texnikasına ehtiyacının 70 faizini ödəyən konsern ciddi malıiyyə çətinlikləri ilə qarşı-qarşıyadır.
Satış gəlirləri 7 dəfə azalıb, ixracat minimuma enib. Məsələnin həlli üçün ilin əvvəlindən 2000 əməkdaş işdən azad edilib.
İyunun birində isə istehsal dayandırılacaq, əməkdaşlar qeyri-müəyyən müddətə öz hesabına məzuniyyətə göndəriləcək. Fəaliyyətini davam etdirən əməkdaşlıarın (satış, mühafizə və s.) maaşları yarıbayarı azaldılacaq.
Artıq bir neçə aydır zavod dördgünlük iş həftəsinə keçib.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












