Rusiyanın yeni təyyarəsi bu havalarda uça bilməyəcək – Səbəbi isə bu imiş

Rusiyada yeni İL-114-300 tipli təyyarənin ilk istifadəçisi kimi Arxangelsk birləşmiş aviadəstəsi seçilib.
Avtosfer.az xəbər verir ki, yeni hava gəmisi bu şəhərin Moskva ilə hava əlaqəsini təmin etməlidir. Bununla belə, laynerin istismarına ciddi məhdudiyyətlər qoyulub.
Texniki reqlamentə görə, təyyarə -10 dərəcə Selsidən +25 dərəcə Selsiyədək temperaturda istismar edilməlidir. Bundan başqa, təyyarənin ildırımlı havada istismarına, yağışlı havada və ya qarla örtülmüş uçuş zolağından qalxıb enməsinə icazə verilmir.
Rusiya mətbuatı belə bir maraqlı müqayisə aparır: ötən əsrin 80-ci illərində hazırlanmış İL-114-100 təyyarəsi -30 dərəcə Selsidən +40 dərəcə Selsiyədək temperaturda istismar edilə bilirdi. Üstəgəl, sovet layneri istənilən tip uçuş zolağına, istənilən meteoroloji şəraitdə enib-qalxa bilirdi. Rus məmurların “texniki suverenliyin simvolu” hesab etdikləri, “dünyadakı analoqlarını qabaqlayan” təyyarə bir çox parametrinə görə nəinki Qərb modelləri ilə yarışa bilmir, hətta bir çox hallarda 40 il əvvəlki sovet maşınlarından da geri qalır.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












