Ruslar uşaq dünyaya gətirmək üçün bu ölkəyə axın edirlər – SƏBƏB

Ordu sıralarına çağırılmaq təhlükəsinə görə Rusiyadan qaçmağa çalışan kişilərin sayı on minlərlə ölçülür. Lakin, bu qaçış bircinsli deyil. Əgər kişilər başlıca olaraq qonşu ölkələrə üz tuturlarsa, qadınlar uzaq ölkəyə, okeanın o tayına gedirlər.
Avtosfer.az xəbər verir ki, 2022-ci ildə müharibə başlayandan sonra rusların kütləvi üz tutduğu ölkələrdən biri Braziliyadır. Rus ailələr bura uşaq dünyaya gətirmək üçün gedirlər. Səbəb də sadədir.
Yerli qanuna görə Braziliyada dünyaya gələn uşaq avtomatik olaraq vətəndaşlıq alır. Bundan sonra valideynlər özlərinə daimi yaşayış icazəsini də asanlıqla əldə edə bilirlər. Uşağın Braziliya vətəndaşı olması valideynə bir il sonra bu ölkənin pasportunu əldə etmək imkanı verir.
Braziliya pasportu dünyada ən güclülərdən sayılır. Bu sənədlə 170 ölkəyə vizasız səfər etmək mümkündür. O cümlədən, bu gün rusların çoxu üçün əlçatmaz olan Şengen zonasına, 2024-cü ildə 477, 2025-ci ildə isə 613 rus bu ölkədə vətəndaşlıq alıb. 2026-cı ilin 5 ayında isə 166 rusa pasport verilib. Onların əksəriyyəti qadındır.
Dövlət xəstəxanalarında xidmətin pulsuz olması ruslar arasında “doğuş turizminə” marağı artırır.
Vüqar
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












