Ruslar yerli detalla təyyarə yığdılar, uça bilmədi

Rusiyada yerli təyyarə istehsalı və “idxalın əvəzlənməsi” kampaniyası tam sürətlə davam etsə də, ciddi irəliləyiş yoxdur.
Avtosfer.az xəbər verir ki, bu dəfə rusiyalı ekspertlər məşhur MS-21 təyyarəsi barədə maraqlı faktları açıqlayıblar. Məlum olub ki, təyyarənin Rusiyada istehsal olunmuş plastik məmulatlar və interyer detalları ilə yığılması nəticəsində laynerin kütləsi nəzərdə tutulandan 6 ton çox olub. Bu kütlədə təyyarəni isə mövcud mühərriklər qaldıra bilməyəcək.
Nəzərdə tutulan uçuş məsafəsi isə 6000 kilometrdən 2800 kilometrə enib. Başqa sözlə desək, Peterburqdan Kamçatkaya uçmaq üçün azı 3 dəfə yanacaq doldurmaq üçün texniki eniş edilməlidir.
Məsələnin həll yolu kimi mühəndislər füzelyajı gödəltmək istəyiblər. bu zaman da oturacaq sayı 200-dən 140-a düşəcək və təyyarə ümumiyyətlə rentabelli olmayacaq.
İndi mühəndislər bu 6 ton əlavə yükü necə yüngülləşdirmək barədə baş sındırırlar. Daha böyük çətinlik isə elektronikanın əvəzlənməsidir ki, bunu da müstəqil ekspertlər real saymırlar.
Qeyd edək ki, Ukrayna müharibəsi başladıqdan sonra Airbus, Boeing və Embraer Rusiya ilə əməkdaşlığı dayandırıb. Çin isə qərbli istehsalçıların hazırladığı mühərrikləri istehsal etmək gücündə deyil. Bir il əvvəl isə Çin də müttəfiqinin təyyarə layihəsindən çəkilib.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












