Sahibsiz qalan taksi maşınının üstünü sarmaşıq örtüb - VİDEO

İzmirin Karabağlar rayonunda qeydə alınan maraqlı mənzərə sosial şəbəkələrdə diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, sahibi 8 il əvvəl vəfat edən avtomobil uzun müddət olduğu yerdə qaldığı üçün tamamilə sarmaşıqlarla örtülüb və demək olar ki, görünməz hala düşüb.
Məlumata görə, taksi sürücüsünə məxsus 35 AUN 67 nömrə nişanlı nəqliyyat vasitəsi sahibinin ölümündən sonra, 2017-ci ildə Avni Anıl küçəsindəki bir binanın həyətinin kənarına park edilib. O vaxtdan bəri avtomobil tərpədilməyib və heç bir şəkildə istifadə olunmayıb.
İllər ərzində nəqliyyat vasitəsinin üzərində nəzarətsiz şəkildə yayılan sarmaşıqlar avtomobili tamamilə bürüyüb. Artıq nə ön hissə, nə də arxa hissə seçilir. Gövdə komplekt olaraq yaşıllığın içində itib. Yerli sakinlər bildirirlər ki, hər il bitkilər daha da çoxalır və avtomobil demək olar ki, ətraf mühitin bir parçasına çevrilib.
Qonşular həmçinin qeyd edirlər ki, avtomobilin sahibləri və ya yaxınları illərdir əraziyə gəlmir və maşına heç bir müdaxilə olunmur. Buna görə də ətrafdakılar görüntünü həm maraqlı, həm də bir qədər qəribə hesab edirlər.
Eltac Zülfüqaroğlu
Gədəbəydə maraqlı toy karvanı - VİDEO
Bakıda retro maşınlarından ibarət toy korteji - VİDEO
İtdən maraqlı hərəkət: Eskalatora minərək yolu keçdi – VİDEO
Bakıda səs-küy problemi niyə artır? – Ekspert AÇIQLADI
Bu avtomobildə yanacaq çəni ön oturacağın altındadır – SƏBƏB?
Avtomobillərdə illərdir istifadə olunan sistem dəyişdirilir – Geri ötürmədə YENİLİK
Yanacaq işığı yandıqdan sonra avtomobil neçə kilometr gedə bilər? – ARAŞDIRMA
Kim Çen Inın babasını xilas edən şəxsin adı körpüyə verildi - FOTO
Benzinli, yoxsa elektrikli avtomobil daha sərfəlidir? - Nəticələr hər kəsi təəccübləndirdi
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama - VİDEO
Təkərin havası azaldıqda yanacaq sərfiyyatı artır? – ARAŞDIRMA











