Saxta fotolarla sərnişinlərdən pul alan taksi sürücüsü SAXLANILDI

Taksi sürücüsünün sərnişinlərdən haqsız ödəniş almaq üçün hazırladığı plan ifşa olunub.
Avtosfer.az xəbər verir ki, ABŞ-də taksi sürücüsü avtomobilin arxa oturacağında guya içki töküldüyünü və salonun çirkləndiyini göstərən saxta fotoları “Lyft” platformasına təqdim edərək sərnişinlərin bank kartlarından 75 dollar məbləğində əlavə ödəniş tutulmasına nail olub.
Lakin sürücünün hazırladığı saxta sübutlardan birində süni intellekt vasitəsilə yaradıldığını göstərən loqo görünüb. Diqqətli sərnişin bunu fərq edərək platformaya şikayət ünvanlayıb.
Araşdırma zamanı fotoların saxta olduğu müəyyən edilib və sürücünün eyni üsulla bir neçə sərnişindən haqsız ödəniş aldığı üzə çıxıb.
Nəticədə, qaydaları pozan sürücü “Lyft” platformasından daimi olaraq uzaqlaşdırılıb. Şirkət isə haqsız şəkildə tutulan bütün vəsaitin müştərilərə geri qaytarıldığını açıqlayıb.
Eltac Zülfüqaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












