Səkkiz min dollarlıq oyuncaq maşın - FOTO

Miqyaslı modellərin hazırlanması üzrə ixtisaslaşmış Amalgam şirkəti McLaren Senna hiperkarının kiçildilmiş surətini təqdim edib. 1:8 miqyasında hazırlanmış yüksək dəqiqliyə malik olan modeli 8184 dollara qiymətləndiriblər. Müştərinin arzusuna uyğun hazırlanan modelin qiyməti 10584 dollara qədər arta bilər.
Oyuncaq McLaren Senna modelinin uzunluğu 600 millimetr təşkil edir. Miqyaslı modelin hazırlanmasına 3000 saat sərf edilib. Oyuncağın hazırlanması McLaren Automotive şirkətinin dizayn studiyasının iştirakı ilə həyata keçirilib. İstehsalçı hiperkarın orijinal layihə sənədlərini və avtomobilin istehsalında istifadə edilən materialların spesifikasiyasını təqdim edib. Oyuncaq avtomobilin yığılmasına və rənglənməsinə 300 saat sərf edilir. Bununla belə, digər istehsalçıların kataloqlarında daha bahalı miqyaslı modellər də mövcuddur. Məsələn “Le Manın 24 saatı” marafonunun qalibi olmuş 1970-ci ilin Porsche 917 Salzburg modelinin miqyaslı modeli 14917 dollar a satılır. Bu oyuncaqdan cəmi 50 ədəd buraxılıbdır.
McLaren Senna 800 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı 7-pilləli iki miftalı robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Cəmi 500 ədəd McLaren Senna hiperkarı buraxılacaqdır. (Autograph)
Orxan






3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












