Sərnişin bu yolla avtomobili təhlükəsiz şəkildə dayandıra bilər - FOTO

Yəqin bir çox avtomobildə sürücü və sərnişin oturacaqları arasındakı “P” işarəli düyməni görmüsünüz. Yəni, parkinq, dayanacaq tormozu.
Avtosfer.az xəbər verir ki, son illərdə mexaniki dayanacaq tormozu sürətlə elektron sistemlə əvəzlənir. İstehsalçılar bunu həm dizayn, həm də az yer tutması ilə əsaslandırırlar. Həm də yeni sistem daha səmərəlidir.
Mexaniki dayanacaq tormozu yalnız arxa təkərləri saxlayır. Elektron tormoz isə bütün sistemi bloklayır. Lakin elektron tormozun başqa funksiyası da var.

Əgər sürücünün səhhəti pisləşərsə sərnişin bu düymədən istifadə edərək avtomobili təhlükəsiz şəkildə dayandıra bilər. Düyməyə basdıqda avtomobilin elektron sistemi bunu qəza dayanması kimi “başa düşür”. Avtomobilin idarəetmə sistemi inteqrasiya olunmuş formada işə düşür və maşını təhlükəsiz şəkildə dayandırır.
Sistem elekltromobillərdə daha effektlidir. Həm elektron sabitlik sistemi (ESP) və sükan idarəetmə mexanizmi avtomobilin traektoriyadan çıxmağa imkan verir.
Mexaniki dayanacaq tormozu ilə isə bunu etmək təhlükəlidir.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












