Sərnişin multikopteri nümayiş olunub - VİDEO

ABŞ-ın "Opener" şirkəti vertikal uçuşlu və enişli "BlackFly" fərdi uçuş aparatını nümayiş etdirib. Hava gəmisinin sərnişin tutumu 1 nəfər təşkil edir. Bu barədə şirkətin saytında deyilir.
Avtosfer.Az ICTnews-a istinadən bildirir ki, qurğu tərtibatçılarının sözlərinə görə, multikopteri hamı idarə edə bilər və bu səbəbdən uçuşlar üçün pilot lisenziyası tələb olunmur. "BlackFly" üçün ABŞ və Kanadada artıq bütün lazımi sertifikatlar verilib.
Məlumata görə, aparat ön və arxa qanadlı multikopter şəklindədir. Qanadların hər birində hava vintli 4 elektromotor quraşdırılıb. "BlackFly" fərdi uçuş aparatının uzunluğu 4 metr, hündürlüyü 1,5 metr, qanadlarının uzunluğu 4,2 metr təşkil edir. Aparat boyu 2 metrədək və çəkisi 113 kiloqramadək olan şəxs üçün nəzərdə tutulub.
Bildirilir ki, "BlackFly" həm qurudan, həm də su səthindən uçur və onların üzərinə eniş edir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












