Sərnişinlər Çin taksilərinə görə sifarişləri kütləvi ləğv edirlər – SƏBƏB

Rusiyada son həftələrdə Çinin premium avtomobilləri ilə göstərilən taksi xidmətindən imtina edənlərin sayı kəskin artıb.
Avtosfer.az xəbər verir ki, komfort və biznes sinfində xidmət göstərmək üçün bahalı Çin brendlərinə üstünlük verən taksi aqreqatorlarının sayı artıb. Səbəb Avropa modellərinin əlçatan olmamasıdır.
Lakin bu qayda müştəriləri razı salmır. Gün ərzində Çin avtomobilinə görə minlərlə sifariş ləğv edilir. Çox vaxt lüks avtomobil sifariş edənlər Çin istehsalı olan maşın göndərməmək tələbi qoyurlar.
Psixoloqlar bunun səbəbini belə izah edirlər: orta statistik rusiyalı komfortlu avtomobil dedikdə “Mercedes”, BMW, “Audi” və “Lexus”u nəzərdə tutur. Digər maşınların rusların gözündə yeri aşağıdır.
Bu gün Rusiyanın böyük şəhərlərində “Land Cruiser”lə, “Range Rover”lə (bəli, yanlış oxumadınız) taksi xidməti göstərən çox sayda fiziki və hüquqi şəxs var. Onlar yalnız komfort və biznes sinfində sifariş qəbul edirlər və bu da normal qarşılanır.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












