Şəxsiyyət və sürücülük vəsiqələrinin birləşdiriləcək? – AÇIQLAMA

Bir çox ölkələrdə şəxsiyyət və sürücülük vəsiqəsinin bir sənəddə birləşdirilməsi artıq tətbiq olunur. Maraqlıdır, bu addım yaxın gələcəkdə Azərbaycanda da reallaşa bilərmi?
Mövzu ilə bağlı vəkil Ramil Süleymanov bildirib ki, bu cür vahid sənədin tətbiqi texnoloji baxımdan mümkündür:
“Bir çox ölkələrdə şəxs bir vəsiqə ilə biometrik və elektron məlumatlarını təqdim edir. Həmin sənəd çip vasitəsilə oxunduqda, şəxsin bütün zəruri məlumatları elektron sistemdə əks olunur. Dövlət qurumları da bu məlumatların inteqrasiyasında vahid şəkildə iştirak edirlər.”
Vəkilin sözlərinə görə, Azərbaycanda da həm şəxsiyyət, həm də sürücülük vəsiqəsi Daxili İşlər Nazirliyi tərəfindən verildiyi üçün bu məlumatların birləşdirilməsi texniki baxımdan çətinlik yaratmır:
“Həm şəxsiyyət vəsiqələrinin, həm də sürücülük vəsiqələrinin elektron şəkildə istifadəsi və yoxlanılması artıq mümkündür. Gələcəkdə bu məlumatların bir sənəddə birləşdirilməsi istisna edilmir. Lakin hazırda iki fərqli sənədin tətbiqi daha məqsədəuyğun hesab olunur.”
Ramil Süleymanov həmçinin vurğulayıb ki, gələcəkdə ümumiyyətlə fiziki sənədlərin dövriyyədən çıxması da mümkündür:
“Zamanla material, yəni fiziki sənədlərin olması artıq aradan qalxacaq. Bu, o halda baş verəcək ki, hər kəs ağıllı telefonlardan və elektron identifikasiya sistemlərindən istifadə edə biləcək.”(konkret.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












