Sumqayıt-Bakı xətti: müasir texnikada PAZ avtobus rejimi

Noyabrın əvvəlində Bakı-Sumqayıt marşrutu üzrə 500 saylı avtobus xətti istifadəyə veriləndə çoxları sevindi. Nəhayət, Bakıya ən yaxın şəhərin sakinləri paytaxta komfortlu avtobuslarla gəlib-gedə biləcəklər.
Avtobusların komfortu və sazlığı baxımından hər şey yaxşıdır. Ayrıca avtobus zolağının olması isə ümumiyyətlə yerinə düşür. Düzdür, bəzi sürücülər 2 maşın qabağa düşmək üçün yol kəsişmələrində zolağa girib hərəkət edirlər. Bu da avtobusların müəyyən qədər ləngiməsinə səbəb olur. Yəqin məsələnin çarəsi yaxın vaxtlarda tapılacaq.
Amma işin lüzumsuz tərəfi də var. 2 şəhər arasında işləyən avtobuslara sürət məhdudiyyəti tətbiq edilib. Heç bir avtobus saatda 60 kilometrdən yuxarı hərəkət edə bilmir. Halbuki, bu xətdəki avtobusların texniki göstəriciləri 90 km/saat sürətlə təhlükəsiz şəkildə hərəkətə imkan verir. Aşağı sürət həm yolun səmərəsini, həm də avtobusların resursunu azaldır. Mühərrik bu sürətdə 3000 dövr/dəqiqədən yüksək tezliklə işləyir. Sürət artmadığı üçün daha yuxarı ötürməyə keçmək olmur. Nəticədə həm yanacaq sərfiyyatı artır, həm də mühərrikin dağılması sürətlənir.
Belə olduğu halda, sovetdən qalmış sürət rejimi kimə lazımdır? Avtobuslar üçün magistralda 60 km/saat sürət rejimi Rusiya və onun çətiri altında olan ölkələrdə (Vyetnam, Laos və s.) tətbiq olunur və məqsəd sürücülərdən pul qoparmaqdır.
Azərbaycanda isə vəziyyət başqadır. Qanunvericilik şəhərlərarası yollarda avtobusların sürəti 90 km/saatadək artırmasına icazə verir. Yəni, PAZ və
LAZ avtobuslar dövrü çoxdan geridə qalıb.
Bakı-Sumayıt yolunda avtobuslara 70-80 km/saat sürətlə hərəkətə icazə verilsə həm sərnişinlər mənzil başına daha tez çatar, həm yolun buraxıcılığı artar, həm də texnika daha az aşınar.
Vüqar
Elektromobil sahibləri qışda bu problemlərlə üzləşir - ARAŞDIRMA
Başına yol konusu keçirən sürücü belə traktor sürdü – FOTO
Bakının nəqliyyat qovşaqları potensialının nə qədərini istifadə edir? – RƏQƏMLƏR
Avtomobilinə başqa nömrə taxan sürücü 17 min manat cərimələndi - FOTO
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib - FOTOSESSİYA
Tanınmış istehsalçı elektrikə kəskin keçiddən imtina etdi
Bakı tıxacına görə qonşuları arasında neçənci yerdədir? – STATİSTİKA
Məktəb avtobuslarında şagirdləri qoruyan sistem: Avtomobillər dayanır – VİDEO
Azərbaycanda yol tikintisində müasir texnologiyalar necə TƏTBİQ OLUNUR?
Bu düymə yanacaq sərfiyyatına təsir edə bilər – ARAŞDIRMA
Siqaretə görə küsən sərnişin, ayağı havada gedən KAMAZ sürücüsü












