Sumqayıtın 50 il əvvəlki nəqliyyat sistemi indiki tələblərə necə uyğunlaşdırılıb? – ARAŞDIRMA - FOTO

Sumqayıt şəhərinin 1972-ci ilə aid arxiv görüntüsü şəhərsalma və nəqliyyat planlaşdırması baxımından maraqlı müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, yayılan görüntüdə həmin dövrə aid küçə mənzərəsi əks olunub. Ekspertlər qeyd edirlər ki, yarım əsr əvvəl çəkilmiş bu kadrlar bəzi müasir şəhərsalma prinsipləri ilə üst-üstə düşür.
Mütəxəssislərin fikrincə, həmin dövrdə tikilən orta mərtəbəli yaşayış binaları insan miqyasına daha uyğun olub. Bu cür arxitektura həm vizual baxımdan daha rahat qəbul edilir, həm də əhali sıxlığını optimal səviyyədə saxlayaraq gündəlik ehtiyacların daha qısa məsafədə qarşılanmasına imkan yaradır. Bu yanaşma müasir dövrdə geniş müzakirə olunan “15 dəqiqəlik şəhər” konsepsiyasına uyğun hesab edilir.
Bundan əlavə, küçə məkanının daha balanslı bölüşdürülməsi də diqqət çəkir. Arxiv görüntüsündə relsli nəqliyyatın – trolleybus və tramvayın mövcudluğu, piyadalar üçün geniş səkilər və təhlükəsizlik adacıqları aydın şəkildə görünür. Bu isə ictimai nəqliyyat və piyadaların prioritet təşkil etdiyini göstərir.
Eyni zamanda, küçəboyu əkilmiş ağaclar və yaşıllıq zolaqları şəhər mühitinə əlavə dəyər qataraq ərazini yalnız nəqliyyat üçün deyil, həm də insanların istirahət edə biləcəyi ictimai məkan kimi formalaşdırıb.
Ekspertlər hesab edirlər ki, bu kimi arxiv materialları müasir şəhərsalma siyasətinin formalaşdırılmasında faydalı nümunə kimi nəzərdən keçirilə bilər.
Eltac Zülfüqaroğlu
.jpg)

“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı












