Süni intellekt ənənəvi axtarış platformalarının istifadəsini məhdudlaşdırır - “GOOGLE” LƏĞV OLUNACAQ?

Süni intellektə əsaslanan tətbiqlər istifadəçi vərdişlərini kökündən dəyişdirir. “ChatGPT” və oxşar vasitələrin yüksəlişi “Google” kimi texnologiya nəhənglərinin reklam gəlirlərini və liderliyini təhdid edir.
Avtosfer.az xəbər verir ki, süni intellektin sürətli yüksəlişi ənənəvi axtarış sistemlərinin üstünlüyünü sarsıtmağa başlayıb. “Google” onilliklər ərzində axtarış dünyasının lideri olsa da süni intellektə əsaslanan tətbiqlər və dəyişən istifadəçi vərdişləri rəqəmsal ekosistemi kökündən sarsıdır.
Qlobal süni intellekt bazarı 2022-ci ildəki 86,9 milyard dollardan 2027-ci ilə qədər 407 milyard dollara çatmağı hədəfləyir. “OpenAI”ın “ChatGPT” istifadəçilərin suallarına qısa cavab verməklə populyarlıq qazanır. Bu dəyişiklik axtarış sistemlərində sıxlığı azaltmaqla rəqəmsal reklamın fəaliyyətinə təsir göstərir.
“IBM”in “Qlobal AI Adoption Index”inə əsasən, şirkətlərin 42% süni intellekt texnologiyalarından fəal şəkildə istifadə edir.

“Google”-un gəlirlərinin böyük hissəsi axtarış reklamlarından əldə edilir. Bununla belə, istifadəçilərin “Amazon”, “Tik-Tok” kimi platformalarda birbaşa axtarışlar və süni intellekt alətlərinə üstünlük verilməsi bu gəlirlərin azalmasına səbəb olur. Ekspertlərin fikrincə, “Google”un ABŞ-ın rəqəmsal reklam bazarındakı payı 2025-ci ilə qədər 50%-dən aşağı düşə bilər. Eyni dövrdə “Amazon” və “Tik-Tok”un bazar paylarının sürətlə artacağı gözlənilir.
Süni intellekt sadəcə istifadəçi təcrübəsini artırmır, həm də reklam ekosistemini dəyişdirir. Reklam platforması datasına əsaslanaraq deyə bilərik ki, istifadəçilərin reklamlara klikləmə nisbəti hər il azalır. Bu vəziyyət markaların və nəşriyyatların yeni strategiyalar hazırlamasına ehtiyac yaradır.
Bəs gələcəkdə nə olacaq?
Qlobal süni intellekt gün keçdikcə artmağa davam edir. “App Store”da adında “AI” olan tətbiqlərin sayının 1033% artması bu texnologiyanın istifadəçilər arasında nə qədər populyarlaşdığını göstərir. Süni intellekt həm biznes, həm də fərdlər üçün daha fərdiləşdirilmiş və daha sürətli həllər təqdim edərək gündəlik həyatın əvəzsiz hissəsinə çevrilir.
Ancaq bu vəziyyət “Google” kimi texnologiya nəhənglərinin gələcəyini qeyri-müəyyən edir. Axtarış sistemlərinin transformasiyası və reklam gəlirlərinin azalması rəqəmsal dünyada yeni imkanlar və risklər yaradır. Bu dəyişiklik həm texnologiya nəhənglərini, həm də istifadəçiləri köklü yenidənqurmaya məcbur edir.
Eltac Zülfüqaroğlu
Daşkənddə küçələr belə soyudulur
Bu ölkədə avtomobillərin örtüyünü çıxaranları ağır cəza gözləyir - SƏBƏB
Şuşanın Qarabağ küçəsi niyə "Tarqovı" ilə müqayisə edilir? – FOTO
Ac sürücü özünə və başqalarına risk yaradır
Hansı avtomobil markasının sürücüləri daha yüksək IQ-yə malikdir? – ARAŞDIRMA
Mexaniki avtomobillərdə yanacağa necə qənaət etmək olar? - İZAH
Şiddətli istilər və pivə istehsalçılarının puç olan planları
Avtomobil loqolarının sirri açıldı – Bu simvollar əslində nəyi ifadə edir?
Saxta fotolarla sərnişinlərdən pul alan taksi sürücüsü SAXLANILDI
Bakı–Sabunçu–Suraxanı xətti: Müsəlman Şərqinin ilk elektrikləşdirilmiş dəmir yolu - FOTOLAR
Dəmir yolunda Günəş batareyaları özünü doğrultdu










