Sürətli şarj məntəqələri avtomobilin ömrünü necə qısaldır? - ARAŞDIRMA
Elektrikli nəqliyyat vasitələrində batareya texnologiyası sürətlə inkişaf etsə də, yanlış doldurma vərdişləri bu üstünlükləri azalda bilər.
Avtosfer.az xəbər verir ki, aparılan son araşdırmalar göstərir ki, xüsusilə 100 kVt-dan yuxarı gücə malik sürətli doldurma stansiyalarından tez-tez istifadə batareyanın ömrünü əhəmiyyətli dərəcədə qısaldır.
Nəqliyyat vasitələrinin izlənməsi və məlumat təhlili üzrə ixtisaslaşmış Geotab şirkətinin 22 700 elektrikli avtomobil əsasında apardığı araşdırmaya görə, müasir batareyalar nəzəri olaraq avtomobilin istismar müddətindən daha uzunömürlüdür. Lakin praktikada sürətli şarjdan geniş istifadə bu potensialın reallaşmasına mane olur.
Araşdırma göstərir ki, 2023-cü ildə batareya tutumunun orta illik itkisi 1,8 faiz olduğu halda, son illərdə bu göstərici yenidən 2,3 faizə yüksəlib. Mütəxəssislər bunu batareya keyfiyyətinin azalması ilə deyil, ultra sürətli şarj cihazlarının daha geniş yayılması ilə əlaqələndirirlər.
Məlumatlara görə, əsasən evdə və ya iş yerində yavaş (AC) şarjdan istifadə edən avtomobillərdə illik tutum itkisi orta hesabla 1,5 faiz təşkil edir. Əksinə, 100 kVt-dan yuxarı DC sürətli doldurma stansiyalarından müntəzəm istifadə edən nəqliyyat vasitələrində bu göstərici ildə 3 faizə qədər yüksələ bilər. Bu isə səkkiz ildən sonra batareya tutumunun 75–76 faizə düşməsi deməkdir.
Tədqiqatda qeyd olunur ki, batareyanı daim 100 və ya 0 faiz səviyyəsində saxlamaq onun kimyəvi qocalmasını sürətləndirir. Lakin gündəlik istifadə zamanı avtomobili 100 faizə qədər doldurub dərhal idarə etmək ciddi risk yaratmır. İqlim amili də mühüm rol oynayır: isti bölgələrdə istifadə olunan elektrikli avtomobillər ildə orta hesabla 0,4 faiz daha çox tutum itirir.
Mütəxəssislər batareyanın ömrünü qorumaq üçün mümkün olduqca yavaş doldurma üsuluna üstünlük verilməsini, avtomobilin kölgəli və sərin şəraitdə saxlanılmasını və uzun müddət istifadə olunmadıqda batareyanın təxminən 50 faiz səviyyəsində saxlanılmasını tövsiyə edirlər.
Eltac Zülfüqaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












