Sürücü niyə avtobusda namaz qılmalıdır? – Mübahisə böyüdü

Avtobusda namaz qılan sürücü ilə bağlı məsələ ətrafında müzakirələr səngimir. Sosial şəbəkə istifadəçilərinin bir qismi bunu normal qarşılamır, digərləri isə sürücülər üçün lazımi şəraitin yaradılmadığını düşünür.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev də qeyd edib ki, avtobus sürücülərinin normal şəraitdə çalışmaq və ibadət etmək hüququ var. Onun sözlərinə görə, bu istiqamətdə dəfələrlə məsələ qaldırılsa da, hələlik real və sistemli dəyişikliklər müşahidə olunmur.
Sürücülərin iş şəraitinin yaxşılaşdırılması üçün hansı addımlar atılmalıdır?
Nəqliyyat eksperti Yasin Mustafayev deyib ki, sürücülər üçün şərait yaradılmalıdır:
“Qidalanma insanın əsas ehtiyaclarından biridir, eyni zamanda ibadət otaqlarının yaradılması da vacib şərtlər sırasına daxildir. Əslində, bunlar təbii ehtiyaclardır. Çünki sürücülük peşəsi gərginlik, əsəb və stresslə müşayiət olunur. Bu işi icra edərkən sürücülər istər-istəməz psixoloji təzyiq altında qalırlar. Xüsusilə Bakı şəhərində avtomobil idarə etmək ciddi stress mənbəyidir. Tıxac şəraitində uzun müddət sükan arxasında olmaq insanlara mənfi təsir göstərir. Bu baxımdan sürücülərin fiziki və psixoloji rahatlığının təmin edilməsi mühüm əhəmiyyət daşıyır”.
Ekspertin fikrincə, insanların dini inanclarına müdaxilə etmək olmaz:
“İbadət etmək istəyənlər üçün minimal şəraitin yaradılması vacibdir. Sürücülər daim sükan arxasında olurlar və qısa fasilə zamanı namaz qılmaq, dəstəmaz almaq və ya yemək yemək onların bir qədər mühitdən uzaqlaşmasına, fikirlərini toplamasına kömək edir. Bu da nəticə etibarilə onların işinə daha diqqətli və məsuliyyətli yanaşmasına şərait yaradır. Sürücü niyə avtobusun içində namaz qılmalıdır? Əgər ona hətta kiçik, məsələn, iki-dörd kvadratmetrlik bir məkan ayrılarsa, o, ibadətini orada rahat şəkildə yerinə yetirə bilər”./global.info
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












