Sürücülərin tez-tez etdiyi bu səhvlər avtomobilin xərclərini artıra bilər - ARAŞDIRMA
Maşına hər dəfə minərkən fərqində olmadan edilən bəzi vərdişlər uzun müddətdə avtomobilin ən bahalı hissələrinə ciddi zərər vura bilər.
Avtosfer.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, xüsusilə transmissiya, kondisioner, akkumulyator və təhlükəsizlik sistemləri bu cür səhvlərdən daha çox təsirlənir.
Avtomobili saxladıqdan sonra yalnız ötürücünü “P” rejiminə salıb əl əyləcindən istifadə etməmək transmissiyanın daxili mexanizminə əlavə yük yaradır. Günəş altında qızmış avtomobilə minən kimi kondisionerin maksimum rejimdə işə salınması isə kompressora zərər verə bilər. Mütəxəssislər əvvəlcə pəncərələri açaraq isti havanı çıxarmağı tövsiyə edirlər.
Qış aylarında daxili hava dövranının uzun müddət aktiv saxlanılması rütubətin artmasına, pəncərələrin dumanlanmasına səbəb olur. Avtomobil tam dayanmadan “irəli” və ya “geri” ötürücüsünə keçmək isə transmissiyanın tez sıradan çıxması ilə nəticələnə bilər.
Yağışlı havada kruiz-kontrol sistemindən istifadə, həmçinin dartma nəzarətini söndürmək qəza riskini artırır. Bundan başqa, avtomobili söndürərkən elektrik istehlakçılarının açıq qalması akkumulyatora əlavə yük yaradır.
Mütəxəssislər sürücüləri bu cür gündəlik vərdişlərə diqqət yetirməyə çağırır və bildirirlər ki, kiçik səhvlər sonradan böyük təmir xərclərinə səbəb ola bilər.
Eltac Zülfüqaroğlu
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı












