Sürücüsüz avtomobillər, boş taksilər - Sakinlər narahatdır

ABŞ-də kommersiya taksi xidməti göstərən sürücüsüz “Waymo” avtomobillərinin davranışı sakinlərdə narahatlıq yaradıb. Avtomobillər müştəri qəbul etmədikləri zaman ən çox istifadə olunan ərazilərdə toplaşıb dövrə vurur.
Avtosfer.az xəbər verir ki, “Google”un “Alphabet” proqramı tərəfindən hazırlanan “Waymo” avtomobilləri 2018-ci ildən bəri Feniksdə, son iki ildir isə San Fransiskoda kommersiya xidməti göstərir. 2025-ci ildən etibarən onlar Uber ilə inteqrasiya olaraq Atlanta, Ostin və Los-Ancelesdə fəaliyyət göstərirlər.
Lakin son zamanlar Atlanta şəhərinin varlı məhəlləsi Bakhed sakinləri avtomobillərin boş olduqda küçələrdə dolaşmasından narahatdır. Sosial mediada yayılan videolarda cəmi 10 dəqiqə ərzində Bətlvyu Drayv küçəsindən 13 “Waymo” avtomobilinin keçdiyi görünür. Bir sakin isə bir saat ərzində təxminən 50 avtomobilin keçdiyini bildirib.
Sakinlər bildirib ki, avtomobillər müştəri qəbul etdikləri ərazilərdə gəzişərək, sanki zəng gözləyirmiş kimi davranır. Bu vəziyyət kiçik uşaqlar və ev heyvanları üçün təhlükə yaradır. Yerli hakimiyyət orqanları isə hələ sakinlərin şikayətlərinə cavab verməyib.
Ekspertlər vurğulayıblar ki, sürücüsüz nəqliyyat vasitələrinin sürətlə yayılması bu cür problemlərin yalnız ABŞ-nin digər şəhərlərinə deyil, yaxın gələcəkdə digər böyük şəhərlərə də yol aça bilər./Sfera.az
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












