Sürücüsüz nəqliyyata görə liderlik edən ölkələr - ADLAR

Britaniyanın KEPT təşkilatı pilotsuz avtomobillərlə bağlı layihələri araşdırıb.
Avtosfer.az xəbər verir ki, qurumun rəyinə görə, bu sahədə liderlik Çin, BƏƏ və Səudiyyə Ərəbistanına aiddir. Təşkilat pilotsuz avtomobillərlə bağlı layihələrin genişlənməsinə maneə olan amilləri də sadalayıb. Bildirilir ki, avtomobil istehsalının olmamasını idxalla kompensasiya etmək mümkündür.
Lakin tanınma vasitələrinin tətbiqi üçün müvafiq texniki və yol infrastrukturu tələb olunur. Bu da çox böyük kapital tutumlu və investisiya tələb edən sahədir. Çinin bu sahədə liderliyinə səbəb qabaqcıl texnologiyalara çox ciddi sərmayə qoyulmasıdır. Burada bazis rolunu elektromobillərin artması oynayır. Braziliya, Türkiyə, Hindistan və
Belarus bu sahədə nisbətən aşağı nəticə göstərib. Səbəb dövlət maliyyəsi və konkret strategiyanın yoxluğudur. Digər ölkələrdə isə sürücüsüz nəqliyyatın inkişafı prioritet hesab edilmir.
Vüqar Yaşaroğlu
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












