Şuşanın Qarabağ küçəsi niyə "Tarqovı" ilə müqayisə edilir? – FOTO

Şuşada yaradılan Qarabağ küçəsi ilə Bakının məşhur "Tarqovı"sı (Nizami küçəsinin piyadalar zonası) arasında aparılan müqayisələr sosial şəbəkələrdə maraq doğurub.
Avtosfer.az xəbər verir ki, bununla bağlı "Bakı Gündəliyi" səhifəsi paylaşım edib.
Paylaşımda qeyd olunur ki, hər iki məkan piyada yönümlü şəhər küçəsi kimi layihələndirilib. Həm Qarabağ küçəsində, həm də Bakının "Tarqovı"sında ticarət obyektlərinin, kafe və restoranların inkişaf etdirilməsi, müasir küçə mebellərinin quraşdırılması, keyfiyyətli işıqlandırma və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu baxımdan, hər iki küçənin həm yerli sakinlər, həm də turistlər üçün cəlbedici ictimai məkan olması hədəflənir.

Bununla yanaşı, paylaşımda vurğulanır ki, Qarabağ küçəsi tamamilə yeni layihə deyil. Bildirilir ki, bu ərazi XIX əsrdə Şuşanın ən məşhur ticarət məkanlarından biri olan Şeytanbazarın müasir formada yenidən canlandırılması ideyasına əsaslanır. Eyni zamanda, Bakının "Tarqovı"sının da 150 ildən artıq tarixə malik olduğu xatırladılır.
Vaxtilə Şeytanbazar Şuşanın ən gur, ən canlı və ən səs-küylü ticarət mərkəzi olub. Bu xüsusiyyətinə görə onun inkişaf yolu Bakının "Torqovaya" adı ilə tanınan Ticarət küçəsinin tarixi ilə müəyyən oxşarlıqlar təşkil edir. Qeyd olunur ki, "Torqovaya" rus dilində "Ticarət küçəsi" mənasını daşıdığı halda, Şeytanbazar adı xalq arasında formalaşmış və həmin məkanın qaynar ticarət həyatını ifadə edən simvolik ad olub.
Paylaşımda bildirilir ki, gələcəkdə Qarabağ küçəsində mağazaların, kafe və restoranların, mədəniyyət məkanlarının fəaliyyətə başlaması, eləcə də daimi yaşayışın formalaşması bu ərazinin Şuşanın ən canlı şəhər məkanlarından birinə çevrilməsinə imkan yarada bilər.

Eyni zamanda vurğulanır ki, Qarabağ küçəsi yalnız turistlər üçün yaradılmış məkan kimi deyil, burada yaşayan insanların gündəlik həyatının ayrılmaz hissəsi olmalıdır. Bu küçə başqa şəhərlərin analoquna çevrilmək əvəzinə, Qarabağın özünəməxsus ruhunu və tarixi Şeytanbazar ənənəsini müasir şəhərsalma ilə birləşdirən unikal piyada məkanı kimi inkişaf etdirilməlidir.
Eltac Zülfüqaroğlu
Gədəbəydə maraqlı toy karvanı - VİDEO
Bakıda retro maşınlarından ibarət toy korteji - VİDEO
İtdən maraqlı hərəkət: Eskalatora minərək yolu keçdi – VİDEO
Bakıda səs-küy problemi niyə artır? – Ekspert AÇIQLADI
Bu avtomobildə yanacaq çəni ön oturacağın altındadır – SƏBƏB?
Avtomobillərdə illərdir istifadə olunan sistem dəyişdirilir – Geri ötürmədə YENİLİK
Yanacaq işığı yandıqdan sonra avtomobil neçə kilometr gedə bilər? – ARAŞDIRMA
Kim Çen Inın babasını xilas edən şəxsin adı körpüyə verildi - FOTO
Benzinli, yoxsa elektrikli avtomobil daha sərfəlidir? - Nəticələr hər kəsi təəccübləndirdi
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama - VİDEO
Təkərin havası azaldıqda yanacaq sərfiyyatı artır? – ARAŞDIRMA










