Tıxacdan bezən sürücü maşını avtopilota qoyub marketə getdi – VİDEO

Çində qeydə alınan maraqlı hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Belə ki, “Li Auto” markalı avtomobilin sahibi uzun tıxacda gözləməkdən bezərək qeyri-adi addım atıb. O, avtomobili avtopilot rejiminə keçirib və yaxınlıqdakı mağazaya gedərək içki və qəlyanaltı almağa yollanıb.
Avtosfer.az xəbər verir ki, videoda avtomobilin sürücüsüz şəkildə tıxacda hərəkətini davam etdirdiyi görünür.
Mütəxəssislərin fikrincə, mövcud avtopilot sistemlərinin əksəriyyəti sürücünün sükan arxasında olmasını tələb edir və sürücü nəzarəti olmadan avtomobilin hərəkətini davam etdirməsi nəzərdə tutulmur. Bu səbəbdən avtomobilin sürücüsüz şəkildə yoluna davam etməsinin standart proqram təminatı ilə mümkün olub-olmadığı sual doğurur.
Ehtimal edilir ki, nəqliyyat vasitəsinin proqram təminatına müəyyən müdaxilə edilib və ya sistemin təhlükəsizlik məhdudiyyətləri hansısa üsulla deaktiv olunub. Bununla belə, hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, bir çox ölkələrdə sürücünün nəzarəti olmadan avtomobilin hərəkət etməsinə icazə verilmir və belə hallar həm sürücünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi baxımından ciddi risk hesab olunur.
Eltac Zülfüqaroğlu
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












