Turistin “suvenir”i aeroportda terminalın bağlanmasına səbəb olub

İyirmi dörd yaşlı amerikalı turistin Avstriyada tətil zamanı tapdığı partlayıcı qumbara Vyana beynəlxalq hava limanında böyük həyəcan yaradıb. Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, Alp dağlarında gəzinti zamanı tapdığı İkinci Dünya müharibəsinə aid qumbaranı suvenir kimi vətəninə aparmağı düşünən turist hava limanında təhlükəsizlik əməkdaşlarına gərgin anlar yaşadıb. İkinci Dünya müharibəsinə aid relikti özü ilə aparmaq üçün rəsmi şəkildə hava limanı gömrüyünə müraciət edən ABŞ vətəndaşı polisin irimiqyaslı əməliyyatına səbəb olub. Partlamamış qumbaranı görən aeroport əməkdaşları dərhal polisə məlumat veriblər və aeroportun həmin terminalı bir neçə saat müddətinə bağlanıb. Polisin nəzarəti altında İkinci Dünya müharibəsinə aid relikt xüsusi poliqonda partladılıb.
Gənc turist qız 30 santimetr uzunluğunda qumbaranı tapdıqdan sonra çantası çirklənməsin deyə qumbaranı otel otağında yuyub təmizləməyi də unutmayıbmış.
Turist “suvenir”i özü ilə apara bilməsə də, vətəninə əliboş dönməyib. Avstriya hüquq mühafizə orqanları ona ictimai asayişə ciddi təhlükə yaradan əməlinə görə bir neçə min avro dəyərində cəza “hədiyyə” ediblər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












