Turizm üçün ikinci postpandemiya dövrü?

Yaxın Şərqdəki gərginlik turizm sektoruna də təsirsiz ötüşməyib. Bahalıq və təhlükəsizliklə bağlı narahatlıqlar bir çoxlarını səyahət planlarını dəyişməyə vadar edə bilər. Rəy sorğuları avropalıların daxili turizmə üstünlük verəcəyini göstərir. Bu da dünya üçün birinci hal deyil. Postpandemiya dövründə də ilk yay mövsümündə hava yolları açıq olsa da, insanlar vətəndə istirahət etməyə üstünlük verirdilər.
Avtosfer.az xəbər verir ki, avropalılar yay tətili üçün Asiya, Afrika və Yaxın Şərq əvəzinə daha yaxın məkanları seçə bilərlər. Yaxın Şərqdəki münaqişə biletn qiymətləri və səyahət zamanı çətinliklərlə bağlı narahatlığı artırıb. Ötən ay əksər Avropa ölkələrində xaricə səhayət paketlərinın satışında azalma müşahidə olunub.
Fransada aparılmış rəy sorğusunun nəticələrinə görə, istirahət planlaşdıranların 71%-i yayı ölkə daxilində keçirəcək. Respondentlərin cəmi 9%-i istirahətini Fransadan kənarda keçirməyi planlaşdırır. İrana qarşı hərbi əməliyyatlar başlayandan uzaq məsafələrə biletlər 100 avrodan çox bahalaşıb. Yaxın Şərqdə gedən proseslər Avropaya turist axınına da təsir edə bilər.
Turizmçilərin əksinə olaraq, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası müharibə başlayandan insanların səyahət vərdişlərini dəyişməsinə dair məlumatların olmadığını bildirir. Assosiasiyanın prezidenti Vilyam Volş deyir: “Bu günədək insanların səyahət vərdişlərini dəyişdirdiyinə dair heç bir dəlil görməmişik. Səyahətə tələbat güclü olaraq qalır. Düşünürəm ki, insanların davranışlarını dəyişəcəklərini demək üçün hələ tezdir. Keçən həftə Dubay aeroportundan uçdum. Hava limanı işləyirdi, təyyarələr dolu idi”.
Qurum rəhbəri yaxın həftələrdə başlayacaq yay turizm mövsümü üçün də nikbin fikir söyləyir: “Avropada yay dövründə turizmin güclü olacağını gözləyirik. Bilet qiymətlərinin bir az yüksək olacağı və tələbatın azala biləcəyi ilə bağlı bəzi narahatlıqlar ola bilər. Hələlik buna dair heç bir ciddi dəlil yoxdur”.
Qeyd edək ki, belə bir fenomen koronavirus pandemiyasından sonra müşahidə olunmuşdu. O zaman Avropada quru və hava yoları açıq olsa da, insanlar ölkədən çıxmağa risk etmirdilər.
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












