Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - “Su qiymətinə” - FOTO

İmişlinin korrupsiya cinayətləri ilə bağlı məhkum edilmiş keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə müsadirə edilmiş avtomobillərinin qiyməti xeyli ucuzlaşıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, “Range Rover” və “BMW 740İ” markalı avtomobillər üç dəfə satışa çıxarılsa da, onlara alıcı tapılmayıb.
İcra məmuru əmlakı 25 faiz endirimlə dördüncü dəfə hərraca çıxaracaq.
Əvvəl 56 min manata təklif edilən “Range Rover”in qiyməti 14 min ucuzlaşaraq 42 minə, 23 minə təklif edilən “BMW” isə 5750 manat aşağı - 17250 manata düşüb.
V.Hacıyevin cinayəti ilə bağlı müsadirə edilmiş avtomobillərdən yalnız biri - “Bentley Continental GT”ya alıcı tapılıb. 65 min manata təklif edilən “Bentley” üçüncü hərracda 6 min 500 endirimlə - 58 min 500 manata satılıb.
Qeyd edək ki, “Range Rover”i (həmin vaxt qiyməti 100 min manatdan çox idi-red) Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev, “BMW”ni həyat yoldaşı Cülyetta İbrahimova sürürdü.

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












