“Volvo”nun yeni rəhbərinin strategiyası - FOTO

İsveçin “Volvo” şirkətinin ötən ay təyin olunmuş yeni Baş direktoru Hakan Samuelson planlarını açıqlayıb.
Avtosfer.az xəbər verir ki, yeni rəhbər şirkətin gəlirlərinin azalması (12 faiz) ilə mübarizə aparmağı və xərcləri tənzimləməyi düşünür. Şirkətin son 1 ildə xalis mənfəətinin azalması və işçi qüvvəsinin bahalığı Samuelsonu ən çox narahat edən məsələlər arasındadır. Yeni rəhbər yaxın illərdə 18 milyard kuron (1,7 milyard dollar) vəsaitə qənaət etməyi planlaşdırır.

Bu məqsədlə ixtisarlar və istehsalın regional lokallaşması nəzərdə tutulur. Çinin “Geely” qrupunun bir hissəsi olan “Volvo”nun rəhbərliyi həm də Çin modelləri ilə eyni detallardan istifadə etməyi planlaşdırır.
İsveçli iqtisadçılar bu açıqlamadan narahatlıq duyurlar. Onların fikrincə, “Volvo” həm də çinlidən daha çox isveçli olduğunu sübut etməlidir”. Əks halda nüfuz azala bilər.
Vüqar
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












