Yaponiya brendləri dünyanı fəth edir - Qlobal reytinqdə 37 marka

Yaponiya brendləri 2025-ci il hesabat reytinqində əhəmiyyətli böyümə və dayanıqlıq nümayiş etdirib.
Avtosfer.az “Brand Finance Global 500” istinadən xəbər verir ki, “Toyota”, “JR” və “Nippon Life” (Nissay) liderliyində Yaponiya, qlobal reytinqdə 37 marka ilə ümumi brend dəyəri üzrə dünyada 4-cü sırada qərarlaşıb.
“Toyota” brend dəyərini 23% artıraraq 64,7 milyard ABŞ dollarına çatdırıb və qlobal reytinqdə 18-ci yerə yüksəlib. Bununla da şirkət brend gücü ilə müştəri etimadını və innovasiyaya sadiqliyini təsdiqləyib.
“JR” (Japan Railways) isə brend dəyərini 11% artıraraq 13,3 milyard ABŞ dollarına çatdırıb. Şirkət innovasiya sahəsində yeniliklərini davam etdirir. Xüsusilə, blokçeyn texnologiyasını istifadə edərək fərdiləşdirilmiş xidmətlər təklif edən JRE Wallet platforması ilə rəqəmsal imkanlarını genişləndirib.
“Nippon Life” (Nissay) brend dəyərində ən yüksək artıma nail olub - 94%. Şirkətin brend dəyəri 9,2 milyard ABŞ dollarına çatıb. Bu uğurun əsas səbəbləri arasında strateji satınalmalar və yeni biznes sahələrinə uğurlu genişlənmə göstərilir.
Brand Finance şirkətinin Asiya-Sakit Okean üzrə icraçı direktoru Aleks Heyq bu nəticələri belə şərh edib:
“Bu ilki “Global 500” reytinqində Yaponiya brendlərinin əldə etdiyi təsirli nəticələr onların qlobal çağırışlara uyğunlaşmaq bacarığını və mədəni kimliklərini qorumaq əzmini göstərir. “Nippon Life” ın 94%-lik brend dəyəri artımı bu dayanıqlığın bariz nümunəsidir. “Toyota”nın avtomobil innovasiyasında liderliyi və “JR” ın müştəri təcrübəsini artırmaq üçün atdığı addımlar Yaponiya brendlərinin müvafiq sahələrdə meyarları müəyyən etdiyini bir daha sübut edir".
(valyuta.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












