Yaponiyada inanılmaz kəşf - 500 milyard qiyməti var

Yaponiyadakı Minami-Torişima adasında böyük kəşfə imza atıblar. Avtosfer.az “Sputnik”ə istinadən xəbər verir ki, uzunluğu 1,3 kilometr olan, bir müddət hərbi məqsədlər üçün istifadə olunan bu ərazidə mütəxəssislər tərəfindən araşdırma başlayıb. Hazırda yaşayış olmayan adada nadir elementlər və qiymətli daşlar tapılıb. Alimlər adadan ittrium, evropium, terbium və disprozium maddələrinin tapıldığını açıqlayıblar. Onlar bu elementlərin 500 milyard dollara yaxın qiymətinin olduğunu bildiriblər. Mütəxəssislərin sözlərinə görə, bu maddələrdən kosmik cihazların, iPhone və digər cihazların hazırlanmasında istifadə edilə bilir.
İttriumun 0,5 kiloqramı 3,4 min, evropiumun 100 qramı 20.000, terbiumun 100 qramı 1800 dollara satılır. Adada təxminən 1.2 milyon ton belə maddələr var.
Araşdırmaçılar Wall Street-ə açıqlamasında deyiblər ki, bu Yaponiya üçün inanılmaz bir dəyişiklikdir: "Bu elementləri adadan çıxartmaq çox vəsait tələb edir. Amma bu, inkişafa böyük kömək edə bilər".
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












