Banner

Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR

Maraqlı 13 Noyabr 2026 12:30
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
WhatsApp kanalımıza abunə olun

Sudan sahillərində 1977-ci ildə batmış yük gəmisindəki yüzlərlə avtomobil təxminən yarım əsrdir duzlu suyun altında qalaraq yararsız vəziyyətə düşüb.

Avtosfer.az xəbər verir ki, “Blue Belt” adlı yük gəmisi Sudan sahilləri yaxınlığında qayalıq rifə çırpılaraq batıb. Gəminin yükü arasında 190 ədəd yeni “Toyota” avtomobili olub. Qəza nəticəsində avtomobillər Qırmızı dənizin dibində qalıb.

Gəmidə həmin dövrdə populyar olan “Toyota Hilux” pikapları, “Toyota Corona” sedanları və lüks “Toyota Crown” modelləri daşınıb. Uzun illər duzlu suyun təsirinə məruz qalan avtomobillərin kuzov və mühərrik hissələri ciddi korroziyaya uğrayıb. Dəniz canlıları ilə örtülən nəqliyyat vasitələrinin yenidən istifadəyə yararlı vəziyyətə gətirilməsi artıq real görünmür.

Məlumata görə, batmış gəminin yükündəki avtomobillərin dənizin dibindən çıxarılması və bərpası istiqamətində hər hansı texniki əməliyyat həyata keçirilməyib. Beləliklə, vaxtilə sıfır kilometr olan avtomobillər illər ərzində sualtı qalıqlara çevrilib.

Qəza yeri uzun müddət nəhəng manta skatlarını müşahidə etmək və gəmi qalıqlarını görmək istəyən dalğıcların maraq dairəsində olub. Lakin 2013-cü ildə gəmi qalıqlarının yerləşdiyi rifdən daha dərinliyə sürüşməsi, həmçinin Sudandakı geosiyasi və təhlükəsizlik risklərinin artması səbəbindən əraziyə təşkil olunan turistik dalışlar dayandırılıb.

Eltac Zülfüqaroğlu

Oxunub : 234
ŞƏRH YAZ
Ad

E-mail

Şərh