Yeni il lotereyasında 21 nəfər ən azı bir milyon qazandı

Almaniyada Yeni il lotereyasında 21 nəfər ən azı bir milyon avro qazanıb.
Avtosfer.az-ın "Bild" qəzetinə istinadən məlumatına görə, bir çox dövlət lotereya şirkətləri Yeni il ərəfəsində xüsusi tirajlar keçiriblər.
Bu dəfə milyon avro qazanmaq şansı adi günlərdən daha yüksək olub. Hazırda ən azı 21 qalibin adı məlumdur və onların hər biri bir milyon avro mükafat əldə edib.
"Yeni il gecəsində Baden-Vürttemberqdə (Almaniyanın cənub-qərbində yerləşən federal əyalət) ən çox milyonçu qeydə alınıb - 12 nəfər", – deyə "Bild"ə "Lotto Baden-Württemberg" şirkətinin nümayəndəsi Viktoriya Kesper bildirib. Onun sözlərinə görə, bu, şirkətin tarixində bir gündə qeydə alınmış rekord sayda milyonçu qalibdir.
Bundan əlavə, Kesper qeyd edib ki, 2025-ci il ərzində 43 nəfər bir milyon avro qazanıb ki, bu da "Lotto Baden-Württemberg" üçün yeni rekord sayılır.
Qeyd olunub ki, lotereyalar ölkənin müxtəlif federal əyalətlərində ayrı-ayrı şirkətlər tərəfindən təşkil olunub. Yeni il ərəfəsində – 31 dekabrda 20 nəfər, 1 yanvarda isə bir nəfər qalib olub.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












