Yeni yol nişanını görənlər təəccüblənir - Mənası məlum oldu

ABŞ yollarında sürücülərin qarşısına çıxan və ilk dəfə görənlərin mənasını anlamadığı yeni yol nişanının nə məqsədlə istifadə edildiyi açıqlanıb.
Avtosfer.az xəbər verir ki, Ağ fonda qara rəngli, yuxarı qaldırılmış və çarpaz baş barmaq simvolu olan dairəvi nişan həmin ərazidə avtostopla sərnişin götürməyin qəti qadağan olduğunu bildirir.
Bu nişan sürücülərin və piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə müəyyən ərazilərdə, xüsusilə də həbsxanaların ətrafındakı yollarda yerləşdirilir.
Çarpaz baş barmaq simvolu olan bu qadağanedici nişan piyadaların yol kənarında dayanaraq avtomobilləri saxlamasının qarşısını almağa xidmət edir.
Xüsusilə həbsxanaların yaxınlığındakı yollarda belə nişanların yerləşdirilməsinin əsas səbəblərindən biri məhbusların müəssisədən qaçdıqdan sonra avtostopla başqa əraziyə getməsinin və ya nəqliyyat vasitəsini ələ keçirərək qaçmasının qarşısını almaqdır.
Bundan başqa, yüksək sürətli yollarda piyadaların avtomobilləri saxlamağa çalışması ciddi qəza və həyat təhlükəsi yarada bilər. Buna görə də nişanlar təhlükəsizlik baxımından mühüm hesab olunan marşrutlarda quraşdırılır.
Beləliklə, ilk baxışda qeyri-adi görünən çarpaz baş barmaq işarəsi sadəcə avtostopun qadağan olduğunu bildirən xüsusi yol nişanıdır./Musavat.com
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












