Yol bağlanmadan təmir mümkündür – İsveçrədən maraqlı həll - VİDEO

İsveçrədə magistral yollarda aparılan təmir işləri zamanı nəqliyyatın hərəkətini dayandırmamaq üçün innovativ həll tətbiq edilir. Söhbət ASTRA Bridge adlanan mobil körpü sistemindən gedir.
Avtosfer.az xəbər verir ki, bu sistem təmir aparılan yol hissəsinin üzərinə quraşdırılır. Nəticədə avtomobillər körpünün üzəri ilə təxminən 60 km/saat sürətlə hərəkət etdiyi halda, yol işçiləri onun altında asfalt örtüyünün sökülməsi, yenilənməsi və digər təmir işlərini təhlükəsiz şəkildə həyata keçirirlər.
Yeni texnologiya yol təmiri zamanı hərəkət zolaqlarının tam bağlanmasına ehtiyacı minimuma endirir. Bu isə həm uzun tıxacların yaranmasının qarşısını alır, həm də sürücülər və yol işçiləri üçün daha təhlükəsiz iş şəraiti yaradır. İsveçrə Federal Avtomobil Yolları İdarəsi bu sistem sayəsində təmir müddətində magistral yollarda ən azı iki hərəkət zolağını daim açıq saxlaya bilir.
Bu təcrübə Bakı üçün də maraqlı nümunə hesab oluna bilər. Paytaxtda əsas prospekt və magistral yollarda aparılan təmir işləri zamanı zolaqların bağlanması əksər hallarda uzun tıxaclara səbəb olur. Xüsusilə günün pik saatlarında yol hərəkətində ciddi sıxlıq yaranır və sürücülər vaxt itirirlər.
Belə mobil körpü sistemlərinin gələcəkdə Bakı yollarında da tətbiqi təmir işlərinin daha sürətli və təhlükəsiz aparılmasına, eyni zamanda nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsinə töhfə verə bilər. Bu yanaşma həm yol infrastrukturunun müasirləşdirilməsi, həm də şəhərdə nəqliyyat axınının daha səmərəli idarə olunması baxımından diqqətçəkən həllərdən biri kimi qiymətləndirilir.
Eltac Zülfüqaroğlu
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












