Yol təmiri zamanı müvəqqəti svetoforlar niyə tətbiq olunmalıdır? – ARAŞDIRMA

Yol təmiri və tikinti işləri zamanı nəqliyyatın təhlükəsiz və nizamlı hərəkətinin təmin olunması əsas məsələlərdən biridir. Xüsusilə yolun bir hissəsinin bağlandığı və nəqliyyatın növbəli şəkildə hərəkət etdiyi ərazilərdə yalnız nişan və konuslardan istifadə kifayət etməyə bilər.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev belə ərazilərdə portativ, yəni müvəqqəti svetoforların daha geniş tətbiqinin məqsədəuyğun olduğunu bildirib.

Daşınabilən svetoforlar yol təmiri başa çatdıqdan sonra başqa ərazilərdə də istifadə oluna bilər. Bu sistemlər yolun hər iki tərəfində yerləşdirilərək sinxron şəkildə işləyə və nəqliyyatın qarşılıqlı hərəkətini tənzimləyə bilər.
“Yolun bir zolağı bağlandıqda hər iki istiqamətdən gələn nəqliyyat vasitələrinin növbəli şəkildə hərəkətini təmin etmək lazımdır. Belə hallarda portativ svetoforlar effektiv həllərdən biri ola bilər. Daha inkişaf etmiş sistemlərdə isə sensorlardan istifadə etməklə svetoforların iş rejimi nəqliyyat axınına uyğun tənzimlənə bilər”, – deyə Rauf Ağamirzəyev bildirib.
O qeyd edib ki, müvəqqəti svetoforlar xüsusilə yol təmiri, körpü və tunellərdə aparılan işlər, kommunal xətlərin təmiri və qəza hallarında tətbiq oluna bilər.
Ekspert hesab edir ki, Azərbaycanda yol təmiri layihələrində müvəqqəti svetoforların istifadəsi ayrıca tələb kimi nəzərdə tutula bilər. Bu sistemlər yol nişanları, təhlükəsizlik baryerləri, işıqlandırma və digər tədbirlərlə birlikdə tətbiq edildikdə həm sürücülər, həm də yol işçiləri üçün təhlükəsizliyi artıra bilər.
Eltac Zülfüqaroğlu
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












