Yunan adalarındakı evlər sən demə bu səbəbdən mavi rəngdə imiş

Yunan adalarının simvoluna çevrilən mavi və ağ rəngli evlərin mənşəyinin romantik bir seçimə deyil, 20-ci əsrdə yaşanan vəba (kolera) epidemiyasına və iqtisadi böhranla əlaqəli olduğu məlum olub.
Avtosfer.az xəbər verir ki, Yunanıstanın memarlıq kimliyi ilə eyniləşən bu rəng palitrası tarixi prosesdə gigiyena qayğıları, ucuz material əlçatanlığı və siyasi qərarların birləşməsi ilə formalaşıb.
Hal-hazırda turistik bir brend halına gələn bu görünüşün təməlləri 1938-ci ildə ölkəni təsiri altına alan vəba epidemiyası zamanı atılıb.
Epidemiyaya qarşı dezinfeksiyaedici kimi əhəngdən istifadə edildi
1938-ci ildəki vəba epidemiyası ilə mübarizə çərçivəsində hökumət evlərin kütləvi şəkildə əhənglə boyanması barədə göstəriş verdi. Əhəngin dezinfeksiyaedici xüsusiyyətə malik olması və bakteriyaları məhv etmə qabiliyyəti səbəbindən tətbiq olunan bu üsul, görsəllikdən ziyadə xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə məcburi edildi. Bu tətbiq Yunanıstanın yaşayış məntəqələrinin ümumi rənginin ağa çevrilməsinə səbəb olan ilk addım oldu.
Mavi rəngli paltar yuyucu vasitəsinin təsiri
Evlərin qapı və pəncərələrində istifadə olunan xarakterik mavi tonun isə iqtisadi imkansızlıqlar nəticəsində ortaya çıxdığı müəyyən edilib. O dövrdə demək olar ki, hər evdə tapılan və kifayət qədər ucuz olan "Loulaki" adlı mavi rəngli paltar yuyucu vasitəsi (göy rəngli toz/çivit), boya xərclərindən qaçan yerli əhali tərəfindən rəngləndirici kimi istifadə edildi. Mavi rəng bir moda axını yerinə, xalq üçün ən əlçatan və aşağı xərcli seçim olması səbəbindən yayğınlaşdı.
Hərbi rəhbərlik rəngləri məcburi etdi
1967-ci ildə hakimiyyətə gələn hərbi xunta rəhbərliyi mavi və ağ kombinasiyasını milli kimliyin simvolu elan etdi. Çıxarılan qərarnamələrlə adalardakı tikintilərdə bu rənglərin istifadəsi məcburi hala gətirilərək memarlıq standartı sabitləndi. Növbəti illərdə bu sərt qaydalar yumşaldılsa da, mavi-ağ konsepti qlobal bir turizm brendinə çevrildiyi üçün yerli əhali və müəssisələr tərəfindən qorunub saxlanılmağa davam etdi. (Milli.az)
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












