Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib - FOTOSESSİYA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişafına və işğaldan azad olunmuş ərazilərin dirçəldilməsinə göstərdiyi daimi diqqət və qayğı nəticəsində Qarabağ torpaqlarında yenidən həyat qaynayır, əkin sahələri canlanır.
Avtosfer.az xəbər verir ki, Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və “Prior Lizinq”MMC təşkilatçılığı, Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları ərazisində xüsusi nümayəndəliyinin dəstəyi ilə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib. Tədbir azad edilmiş torpaqlarda kənd təsərrüfatının müasir texnologiyalar əsasında bərpasına dövlət və özəl sektorun birgə töhfəsinin bariz nümunəsi olub.
Qarabağda ilk dəfə keçirilən texnika festivalı müasir aqrotexnikaların sərgisi, fermerlər üçün xüsusi imkanlar, yerli məhsulların nümayişi və əyləncəli proqramlardan ibarət olub.
Tədbirin əsas məqsədi Qarabağda fəaliyyət göstərən fermerlərin ehtiyaclarını yaxından dinləmək və onların qabaqcıl kənd təsərrüfatı texnikalarına çıxış imkanlarını genişləndirməkdir. Festival çərçivəsində fermerlər “New Holland”, “Lovol”, “Solis”, “Väderstad”, “Maschio Gaspardo”, “Agrotech”, “Parlayan” və “Abollo” kimi dünya brendlərinin texnikaları ilə əyani tanış olub, mütəxəssislər tərəfindən texnikaların imkanları təqdim edilib və suallar cavablandırılıb.
Dövlətin aqrar sahəyə göstərdiyi hərtərəfli dəstək, eləcə də aqrotexnika təminatında tətbiq edilən güzəşt və subsidiyalar regionda kənd təsərrüfatının sürətli inkişafını təmin edir. Prior Leasing də öz növbəsində “Böyük Qayıdış” proqramına öz töhfəsini vermək, tarixi torpaqlarımızın canlandırılmasını və yerli məşğulluğu təşviq etmək məqsədilə bölgəyə köç edən və fəaliyyət göstərən sakinlərə xüsusi şərtlər təklif edir:
Xüsusi lizinq imkanları: Texnikalar 40% dövlət subsidiyası, ilkin ödənişsiz və 7 ilədək faizsiz lizinq şərtləri ilə təqdim olunur.
Aqrotexniki dəstək və təlimlər: Texnikalardan daha səmərəli istifadə olunması üçün fermerlərə 3–6 aylıq operator təlimləri və aqrotexniki dəstək xidmətləri göstərilir.
Festival yalnız texnika nümayişi ilə məhdudlaşmayıb. Tədbir boyu müxtəlif yarışlar, maraqlı əyləncə proqramları təşkil olunub və uşaqlar üçün xüsusi əyləncə zonası yaradılıb.
Səfər
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır



























