Zərgərlər ev heyvanlarının tükündən qiymətli daş-qaşlar düzəltməyə başlayıblar

Rusiyada zərgərlər ev heyvanlarının tükündən qiymətli daş-qaşlar düzəltməyə başlayıblar.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Shot Proverka" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, mütəxəssislər ev heyvanı sahiblərinə pişik, it və digər heyvanların tükünü gətirməyi təklif edirlər. Ekspertlər həmin materialdan karbon ayırır, daha sonra isə 1 400 dərəcədən yüksək temperatur və beş hektopaskaldan artıq təzyiq altında almaz yetişdirirlər.
Daha sonra zərgərlər daşı cilalayaraq və kəsərək onu tam qiymətli brilyanta çevirirlər. Bildirilir ki, birkaratlıq daş hazırlamaq üçün təxminən iki qram tük kifayətdir. Bu miqdarı heyvanları bir-iki dəfə daramaqla toplamaq mümkündür.
Eyni zamanda, yalnız tük deyil, heyvanların caynaqlarından da istifadə etmək olar. Belə zinət əşyalarının qiyməti bir karat üçün 350 min rubl (təxminən 7 300 manat) və daha yuxarı təşkil edir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












