Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF

İnklüziv mobilliyin yalnız binaların daxilində pandus və liftlərin mövcudluğu ilə ölçülməsi düzgün yanaşma deyil. Vətəndaşın xidmət mərkəzinə çatdığı andan etibarən qarşılaşdığı bütün yol və infrastruktur elementləri əlçatanlıq baxımından qiymətləndirilməlidir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirir ki, məsələn, 4 saylı Bakı DOST Mərkəzi və 7 saylı ASAN xidmət mərkəzinə müraciət edən vətəndaş üçün hərəkət marşrutu binanın qapısından deyil, ən yaxın ictimai nəqliyyat dayanacağından başlayır.

Ekspertin sözlərinə görə, əsas sual vətəndaşın dayanacaqdan düşdükdən sonra xidmət mərkəzinin girişinə qədər maneəsiz, təhlükəsiz və rahat şəkildə hərəkət edib-edə bilməsidir.
Rauf Ağamirzəyev bu marşrutların qiymətləndirilməsi zamanı səkinin eni və örtüyü, bordürlərin səviyyəsi, pandusların vəziyyəti, taktil səthlərin davamlılığı, piyada keçidlərinin əlçatanlığı, avtomobillərin səkilərdə park etməsi, dirək, reklam konstruksiyası və digər fiziki maneələrin mövcudluğu, eləcə də mərkəzin girişinə qədər istiqamətləndirmənin təmin olunması kimi amillərin birlikdə nəzərə alınmalı olduğunu qeyd edib.
Onun fikrincə, “dayanacaq, səki, piyada keçidi, xidmət mərkəzinin girişi” marşrutu vahid sistem kimi audit edilməlidir. Çünki vətəndaş üçün əlçatanlıq yalnız binaya daxil olduqdan sonra deyil, həmin binaya gedən yolda təmin olunmalıdır.
Rauf Ağamirzəyev hesab edir ki, 4 saylı Bakı DOST və 7 saylı ASAN xidmət mərkəzlərinə yaxın ictimai nəqliyyat dayanacaqlarından başlayaraq bu marşrutların yerində qiymətləndirilməsi və xəritələndirilməsi praktiki nümunə kimi tətbiq oluna bilər.
Dövlət və ictimai xidmət mərkəzləri üçün belə marşrutlar üzrə İnklüziv Mobillik Auditinin keçirilməsi, aşkar olunan problemlərin isə konkret tədbirlər planına çevrilməsi əlçatan şəhər mühitinin formalaşdırılmasına töhfə verə bilər.
“Əlçatanlıq qapının qarşısında başlamır, dayanacaqdan başlayır”, – deyə ekspert vurğulayıb.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












