Avtobus dayanacaqdan çıxarkən kim yol verməlidir? – Cərimələnə bilərsiniz – VİDEO

Bir çox sürücü avtobusların dayanacaq məntəqəsindən hərəkətə başlaması zamanı üstünlüyün əsas yolda hərəkət edən avtomobillərdə olduğunu düşünür. Lakin bu yanaşma hər zaman doğru deyil və yol hərəkəti qaydalarının düzgün anlaşılmaması qəzalara səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rüfət Əmiraslanov bu məsələ ilə bağlı sürücülərə xəbərdarlıq edib.
Ekspert bildirib ki, “Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinin 5-ci bəndinə əsasən, yaşayış məntəqələrində dayanacaq məntəqəsindən hərəkətə başlayan avtobusa və trolleybusa yol verilməlidir.
Bəzi sürücülər əsas yolda hərəkət etdiklərini əsas gətirərək avtobusa yol vermək öhdəliyinin olmadığını düşünürlər. Halbuki qanunvericilik bu halda avtobusun hərəkətə başlamasına üstünlük verilməsini tələb edir.
Rüfət Əmiraslanov sürücüləri yol hərəkəti qaydalarına diqqətlə yanaşmağa, xüsusilə ictimai nəqliyyat vasitələrinin dayanacaqdan çıxışı zamanı ehtiyatlı olmağa çağırıb.
Eltac Zülfüqaroğlu
Yoldakı nasazlığa görə avtomobilə dəyən zərər ödənilməlidir? – EKSPERT – VİDEO
Azərbaycanda yol tikintisinə yeni yanaşma lazımdır: Britaniya TƏCRÜBƏSİ
Avtomobili utilizasiyaya verənlərin diqqətinə - Yeni ödəniş forması belə olacaq - AÇIQLAMA
Soyuq havada sürücülər qızdırıcını hansı rejimdə işlətməlidir? – ARAŞDIRMA
Avtomobilin lyukuna yaxın məsafədən su vurularsa, nə baş verər? – XƏBƏRDARLIQ – VİDEO
Avtomobildə telefonu tutacağa yerləşdirib xəritədən istifadə etmək olarmı? – AÇIQLAMA - VİDEO
Bakıda piyadaların üzləşdiyi təhlükə ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI












