Avtomobildə smartfonu şarj etmək təhlükəlidir

Smartfonu avtomobildə şarj etmək ilk baxışda rahat görünə bilər, amma əslində ciddi problemlərə səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Mütəxəssislər xəbərdarlıq edirlər: ucuz kabellər, qeyri-sabit gərginlik və keyfiyyətsiz avtomobil elektronikası təkcə cihazın sıradan çıxmasına deyil, hətta batareyanın partlamasına gətirib çıxara bilər.
Bir çox insan üçün yolda olarkən telefonu şarj etmək adi haldır. Avtomobilin USB portu və ya siqaret çaxanı (prikurivatel) sanki əvəzolunmaz köməkçiyə çevrilib. Lakin bu “rahatlığın” arxasında real elektronika riski dayanır – və bu təkcə telefona aid deyil.
Texniki mütəxəssislərin sözlərinə görə, avtomobillərdəki daxili USB portları müasir smartfonları stabil şəkildə doldurmaq üçün nəzərdə tutulmayıb. Verilən gərginlik tez-tez dəyişir, xüsusilə mühərrik boş vəziyyətdə işləyərkən və ya elektrik sisteminə qəfil yük düşərkən. Bu isə telefon batareyasının tədricən sıradan çıxmasına, hətta qızmasına səbəb ola bilər.
“Ən təhlükəlisi ucuz Çin adapterlərindən istifadə etməkdir. Onlarda nə qoruma, nə də gərginlik sabitləşdirici olur. Biz artıq elə hallarla rastlaşmışıq ki, telefon avtomobil salonunda partlayıb. Belə hadisələrdən biri Lvov vilayətində baş verib – kişi köhnə maşında ucuz adapter vasitəsilə telefonu doldurarkən belə nəticə yaranıb”.
Başqa bir təhlükə isə sürücülərin istifadə etdiyi ucuz kabellərdir. Belə kabellər qızaraq əriyə, hətta qısaqapanmaya səbəb ola bilər. Bu, xüsusilə yay aylarında təhlükəlidir – çünki avtomobil salonundakı temperatur +40°C-dən də yüksək ola bilər.
Mütəxəssislər avtomobilin elektrik sistemindən birbaşa enerji almaq vərdişindən imtina etməyi tövsiyə edirlər.
Daha təhlükəsiz alternativ – keyfiyyətli powerbank və ya gərginlikdən qorunma funksiyası olan orijinal doldurucu cihazlardır. İlk baxışda sadə görünən bu hərəkət – əslində ciddi maliyyə itkisinə və daha pis halda həyati təhlükəyə səbəb ola bilər.\\Lent.az
Bakıda sürücülər üçün gizli təhlükə – Sağa dönərkən DİQQƏT - VİDEO
Bakının mərkəzində sürücüləri çətin vəziyyətə salan yolayrıcı – VİDEO
Yolun ortasındakı kollar qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Piyadaların bu addımı qəza ilə nəticələnə bilər – Sürücülər bu təhlükəni görmür - VİDEO
Britaniyada stansiyalar yaxınlığında mənzil tikintisinə başlanılacaq - EKSPERT
Yaşıl işıqda edilən bu səhv qəza ilə nəticələnə bilər – Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Hazırkı yolları genişləndirməklə tıxacları həll etmək mümkün deyil - EKSPERT
Sürücülər tunelə girərkən niyə sürəti azaltmalıdır? – İZAH – VİDEO
Bir səhv manevr iki qəza yarada bilər – Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Qəza anında instinktiv sükan hərəkəti niyə təhlükəlidir? – Mütəxəssis AÇIQLADI – VİDEO
Körpü və tunellərdə qəza riskini necə azaltmaq olar? – Mütəxəssis AÇIQLADI - VİDEO










