Avtomobilin alt hissəsini yumadıqda sürücüləri hansı təhlükə gözləyir? - FOTO

Avtomobil sahiblərinin əksəriyyəti nəqliyyat vasitələrini vaxtaşırı yuyur və təmiz saxlayır. Ancaq çoxları yalnız avtomobilin görünən – yəni üst hissələrinin təmizliyinə diqqət yetirir.
Avtosferaz xəbər verir ki, halbuki avtomobilin alt hissəsinin də yuyulması və mütəmadi təmizlənməsi mühüm əhəmiyyət daşıyır.
Çöldən təmiz görünən avtomobilin altında görünməyən problemlər yığılır. Xüsusilə qış aylarında yollara səpilən duzlar, palçıq və yol zibilləri avtomobilin alt hissəsinə toplanaraq metal səthlərlə təmasda olduqda korroziya yaradır. Bu isə zamanla avtomobilin alt hissəsində ciddi paslanmaya və zədələnmələrə səbəb ola bilər.

Avtomobilin alt hissəsində yığılan çirk və kimyəvi maddələr bir çox texniki nasazlıq riskini də artırır. Məsələn, əyləc sistemində oksidləşmə baş verə bilər ki, bu da əyləc qabiliyyətinin azalması və ya əyləclərin tutulması ilə nəticələnə bilər. Eyni zamanda, asqı sistemində, səsboğucuda və şassi hissələrində zədələnmələr meydana çıxa bilər.
Üstəlik, bu çirklərin toplanması avtomobilin çəkisini artıraraq yanacaq sərfiyyatına və ümumi performansa da mənfi təsir göstərir. Artan sürtünmə nəticəsində avtomobil daha çox enerji sərf edir və sürücülük təcrübəsi də zəifləyir.

Ekspertlər bildirirlər ki, avtomobillərin alt hissəsinin yuyulması yalnız estetik baxımdan deyil, texniki cəhətdən də zəruridir. Bu həm avtomobilin ömrünü uzadır, həm də təhlükəsizlik baxımından riskləri minimuma endirir.
Eltac Zülfüqaroğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












