Avtomobilin sürətlər qutusu yayda niyə tez qızır? – Sahil Ağabəylidən AÇIQLAMA - FOTO

Avtomobil sahiblərinin bir çoxu yay aylarında sürüş zamanı texniki problemlərlə üz-üzə qalır.
Onlardan biri də sürətlər qutusunun həddindən artıq qızmasıdır. Bəzi sürücülər tez-tez bildirirlər ki, maşını təxminən 15 dəqiqə idarə etdikdən sonra sürətlər qutusunun sürücü tərəfə yaxın hissəsi qızmağa başlayır. Yay aylarında bu hal daha tez və daha intensiv hiss olunur.

Məsələ ilə bağlı avtomobil ustası Sahil Ağabəyli Avtosfer.az-a açıqlamasında bildirib ki, avtomobilin həmin hissəsində, yəni sürətlər qutusunun üst hissəsində elektronika yerləşir:
“Bu hissədə hər bir dişli mərhələnin (D, R, N və s.) daxilində ayrıca bir lampa mövcuddur. Həmin lampalar yanaraq sürücüyə konkret rejimi bildirir. Eyni zamanda bu hissədə sürətlər qutusunun kilidini açıb-bağlayan elektron qurğu da yerləşir.
Kilidin açılıb-bağlanması və işıq indikatorlarının fəaliyyəti məhz bu elektronika vasitəsilə təmin olunur. Bu funksiyaları yerinə yetirən tək hissə məhz həmin bölmədir. Bundan başqa, bu prosesə təsir edən başqa bir element yoxdur”.
Sahil usta əlavə olaraq qeyd edib ki, avtomobilin alt nahiyyəsində yerləşən xüsusi səsboğucu adlanan hissədən mühərrikin və sürətlər qutusunun müəyyən istilik və hissiyat ötürülməsi baş verir:
“Bu hissə birbaşa həmin elektron bölmənin altından keçir və müəyyən hallarda bu da istiliyin və hisslərin daha çox ötürülməsinə səbəb olur. Normalda burada izolyasiya təbəqəsi olur, lakin bəzi ustalar təmir zamanı bu izolyasiyanı çıxararaq atırlar. Bu zaman istilik və vibrasiya ötürülməsi daha da artır və sürücü onu daha çox hiss edir.
Ümumi olaraq, problemin 80-90%-i alt hissədəki səsboğucu ilə bağlı olur. Qalan 10-20% isə elektronikanın istiliyi hiss etməsi ilə əlaqədardır”.
Fidan
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












