Bakıda velosiped sürmək niyə təhlükəlidir? – NƏQLİYYAT EKSPERTİ AÇIQLADI - FOTO

Bəzi sürücülərin ucbatından Bakıda velosiped sürmək təhlükəli hesab olunur. Bunun əsas səbəbləri arasında xüsusi velosiped yollarının azlığı, mövcud yolların avtomobillər tərəfindən zəbt edilməsi və sürücülər arasında anlayışsızlıq var. Maarifləndirmə və təbliğat işlərinin zəif aparılması da bu sahənin inkişafına mane olur.
Bəs Bakı küçələrində velosiped sürmək niyə risklidir?
Bu işdə təbliğat məsələləri necə həll olunmalıdır?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Avtosfer.az-a açıqlamasında bildirib ki, qaydalar çərçivəsində velosiped sürmək əslində riskli deyil:

“Əgər velosipedçi qaydalara əməl etmirsə, bu zaman özü risk yaradır. Velosiped sürmək üçün əsas qaydalar sadədir. Sürücü avtomobil yolunun sağ kənarı ilə birinci zolaqla hərəkət etməlidir. Əgər avtomobil yolu yoxdursa, səki ilə deyil, müəyyən edilmiş yollarla hərəkət etməlidir. Həmçinin, sürücünün başında mütləq dəbilqə olmalı, sutkanın qaranlıq saatlarında velosipedin ön və arxa işıqları işlək vəziyyətdə olmalıdır.
Hazırda bizim ictimai nəqliyyat sistemimiz əsasən avtobus və metrodan ibarətdir. Əvvəllər isə Bakıda troleybus və tramvaylar da fəaliyyət göstərirdi. Təəssüf ki, bu nəqliyyat vasitələri ləğv olundu və nəticədə sərnişindaşıma yükü yalnız avtobus və metroya düşdü.
Uzun illər metro şəbəkəsinin inkişafı ləng gedirdi. Lakin son illərdə həm sərnişin daşınmasının keyfiyyətini, həm də təhlükəsizliyini artırmaq üçün yeni stansiyalar inşa edilir, intervallar azaldılır. Eyni zamanda, ekoloji baxımdan təmiz nəqliyyat vasitələri – elektrobuslar da istifadəyə verilir. Bu, müsbət addımdır, lakin yalnız metro və avtobuslarla tam səmərəli ictimai nəqliyyat qurmaq mümkün deyil. Bu səbəbdən tramvayların yenidən istifadəyə verilməsi gündəmdədir”.
Ekspert əlavə edib ki, 2025–2030-cu illəri əhatə edən Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramı çərçivəsində ən azı iki yeni tramvay xəttinin çəkilməsi planlaşdırılır:

“Bu reallaşdıqdan sonra ictimai nəqliyyatın daha da şaxələndiyinin şahidi olacağıq. Bakı şəhərində velosiped nəqliyyat vasitəsi kimi geniş istifadə olunmur. Daha çox əyləncə və idman vasitəsi kimi tanınır. Lakin son dövrlərdə velosiped yolları salınır, məqsəd isə onun gündəlik nəqliyyat vasitəsinə çevrilməsidir. Bunun üçün iş yerlərində duş otaqlarının yaradılması da vacibdir ki, insanlar məsafə qət etdikdən sonra təmizlənib işə davam edə bilsinlər”.
Eldəniz Cəfərov son olaraq bildirib ki, müasir dövrdə eyni zamanda elektrikli skuterlər də populyarlaşıb:
“Bu nəqliyyat vasitələri daha rahat və çevik hərəkət etməyə imkan verir. Hər il müxtəlif tədbirlər və yürüşlər təşkil olunur, sosial şəbəkələrdə paylaşılır. Amma hələ də Bakıda qadınların təkbaşına velosiped sürməsinə nadir hallarda rast gəlinir. Onlar əsasən idman məqsədilə, qrup şəklində sürürlər. İşə velosipedlə gedib-gələn qadınlara rast gəlmək isə hələ çox çətindir.
Bu sahədə dəyişiklik üçün dövlət qurumlarının da təşəbbüsləri vacibdir. İş yerlərində duş imkanları yaradılmalı, məsafədən asılı olmayaraq insanlar üçün rahat şərait təmin olunmalıdır”.
Eltac Zülfüqaroğlu
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...












