Bu davranış qəza riskini artırır – Sürücülərə TÖVSİYƏ – VİDEO

Yolda digər sürücülərə yol verməyin zəiflik deyil, təhlükəsizliyin göstəricisi olduğunu deyən qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov hesab edir ki, əsas məqsəd mənzil başına sağ-salamat çatmaq olmalıdır.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Aqil Rəhimov "AvtoFM"in efirində səsləndirib.
Bəzi sürücülər yolda mütləq birinci olmaq və digər avtomobilləri geridə qoymaq istəyi ilə hərəkət edir. Halbuki bu cür yanaşma həm qəza riskini artırır, həm də əlavə problemlərə səbəb olur.
"Özünüzə sual verin: məqsədiniz birinci olmaqdır, yoxsa evə sağ-salamat çatmaq? Əgər məqsədiniz təhlükəsiz şəkildə mənzil başına çatmaqdırsa, o zaman lazım gəldikdə digər sürücüyə yol verin. Mən özüm də həmişə yol verirəm. Mənim üçün əsas odur ki, avtomobilimə ziyan dəyməsin və lazımsız risk yaranmasın", – deyə Aqil Rəhimov bildirib.
Onun sözlərinə görə, yol verməmək naminə yaranan mübahisələr və aqressiv davranışlar çox vaxt yol-nəqliyyat hadisələri ilə nəticələnir. Qəza baş verdikdən sonra isə kimin haqlı, kimin haqsız olmasından asılı olmayaraq, hər iki tərəf vaxt itirir, maddi zərərlə üzləşir və əlavə stress yaşayır.
Aqil Rəhimov sürücülərə qarşılıqlı hörmət prinsipi ilə hərəkət etməyi, aqressiv davranışlardan uzaq durmağı və hər zaman təhlükəsizliyi üstün tutmağı tövsiyə edib.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












