Bu həşəratlar maşınınızın xarab olmasına səbəb ola bilər - ARAŞDIRMA

Avtomobilin salonunda uzun müddət təmizlənməyən qida qırıntıları qarışqa, tarakan və hətta siçan kimi zərərvericiləri cəlb edir.
Avtosfer.az xəbər verir ki, bu canlılar əvvəlcə salonda görünür, daha sonra isə avtomobilin digər hissələrinə yayılaraq yuva qurur və müxtəlif texniki nasazlıqlara səbəb olur.
Mütəxəssislər bildirirlər ki, müasir avtomobillərdə naqillərin üzərində istifadə olunan bioloji parçalana bilən örtüklər və bitki mənşəli plastiklər gəmiricilər üçün daha cazibədardır. Bu səbəbdən son illər servis mərkəzlərinə daha çox çeynənmiş naqillər, sıradan çıxmış sensorlar və idarəetmə bloklarında yaranan xətalarla bağlı müraciətlər daxil olur. Bəzi hallarda gəmiricilərin zədələdiyi naqillər avtomobilin qəfil dayanmasına və ya ümumiyyətlə işə düşməməsinə səbəb olur ki, bunun təmiri minlərlə manata başa gələ bilər.
Zərərvericilərin ən çox gizləndiyi yerlərdən biri də avtomobilin hava kanallarıdır. Qırıntılar vasitəsilə avtomobilə daxil olan bu canlılar kanallarda yuva qurduqda kondisionerin işində nasazlıq yaranır, hava axını zəifləyir və salonda xoşagəlməz qoxu meydana çıxır. Bəzi hallarda adi filtr dəyişikliyi kifayət etmir, bütün hava kanallarının peşəkar şəkildə təmizlənməsi tələb olunur. Qida qalıqlarının nəm ilə birləşməsi nəticəsində əmələ gələn kif isə həm avtomobilin salonu, həm də sürücünün sağlamlığı üçün əlavə təhlükə yaradır.
Mütəxəssislər xüsusilə uşaqlı ailələrə və tez-tez uzun məsafə qət edən sürücülərə daha diqqətli olmağı tövsiyə edirlər. Onların sözlərinə görə, avtomobilin həftəlik təmizlənməsi, oturacaqlar arasındakı sahələrin tozsoranlanması, qida qəbulunun məhdudlaşdırılması və park halında avtomobildə qida qalığının saxlanmaması ən effektiv qoruyucu tədbirlərdir. Bundan başqa, qapı rezinlərinin zədələnməməsinə nəzarət olunması və ehtiyac olduqda həşəratqovucu ətirlərin tətbiqi məsləhət görülür.
Ekspertlər xəbərdarlıq edirlər ki, avtomobili təmiz saxlamaq yalnız estetika məsələsi deyil. Kiçik görünən bir qırıntı belə zərərvericiləri cəlb edə, bu isə naqillərin sıradan çıxmasından kondisionerin tıxanmasına qədər ciddi və baha başa gələn problemlərə yol aça bilər. Buna görə avtomobildə görünən qırıntılar sadəcə çirk deyil. Gələcək böyük xərcin ilk xəbərçisi ola bilər.
Eltac Zülfüqaroğlu
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO












