Bu sürücülər 260 manat cərimələnəcək - SƏBƏBİ BİLİRSİNİZ?

Azyaşlının sükan arxasına keçməsi həm yol hərəkəti təhlükəsizliyi, həm də hüquqi baxımdan ciddi risklər yaradır. Bəs, belə hallarda qanun nə deyir və məsuliyyət kimin üzərinə düşür?
Mövzu ilə bağlı hüquqşünas Tağı Hüseynov bildirib ki, qanunvericiliyə əsasən, azyaşlı nəqliyyat vasitəsini idarə edərsə, bu hal ciddi qayda pozuntusu hesab olunur.
“Belə vəziyyətdə azyaşlının özü üçün nəzərdə tutulan 200 manat cərimə birbaşa ona tətbiq edilmir. Qanun azyaşlıya cərimə yazılmasına imkan vermədiyi üçün həmin məbləğ avtomobilin sahibi olan atasının adına rəsmiləşdirilir. Bundan əlavə, atasına ayrıca olaraq 60 manat cərimə də tətbiq olunur”.
Beləliklə, azyaşlının atasına ümumilikdə 260 manat məbləğində cərimə yazılır.
Hüquqşünas qeyd edib ki, valideynlər bu cür hallardan yayınmaq üçün nəqliyyat vasitələrinin açarlarını azyaşlıların sərəncamında saxlamamalı və onların avtomobil idarə etməsinə qəti şəkildə yol verməməlidirlər./konkret.az
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












