Bu vəziyyətdə yol polisinin sizi saxlaması qanunsuzdur - VİDEO
Paytaxtda və digər yollarda bəzi yolayrıcları (birləşmə yerləri) var ki, sürücülər orada lüzumsuz olaraq dayanıb digər istiqamətdən gələn, lakin trayektoriyası kəsişmədiyi avtomobillərə yol verir. Bunun səbəbi isə sürücülərin qanunu yaxşı bilməməsi və yol polisi əməkdaşları tərəfindən sürücülərin qanunsuz şəkildə saxlanılmasıdır. Bu cür yolayrıclarının birində sürücünün yol polisi tərəfindən qanunsuz olaraq saxlanılması videosunu Avtosfer.az sizə təqdim edir. Bakı-Dairəvi yolunda çəkilmiş bu videoya diqqətlə baxdıqda məlum olur ki, birləşmə yerində iki zolaq var və hər iki istiqamətdən gələn sürücülər dayanmadan öz zolaqları üzrə hərəkət edə bilər. Bu yolayrıcında trayektoriyalar kəsişmir. Trayektoriya kəsişməyən yolayrıcına isə üstünlük nişanı quraşdırılması qaydalar çərçivəsində deyil. “Yol ver” və “baş yol” nişanları zolaqların və istiqamətlərin kəsişdiyi nöqtələrə qoyulmalıdır ki, hansı istiqamətdən gələn avtomobilin üstün olması sürücülərə aydın olsun. Videodakı kimi yolayrıclarında üstünlük nişanları quraşdırılmamalıdır. Quraşdırılmış olsa belə həmin nişanların heç bir əhəmiyyəti yoxdur.
Təqdim etdiyimiz görüntüdə aydın şəkildə görünür ki, yolayrıcının hüdudlarında hərəkət edən sürücü sola yerdəyişmə edən zaman Yol Hərəkəti Haqqında Qanunun V hissəsinin tələbini pozaraq (Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir) sol zolaqdakı sürücüyə yol vermir. Lakin polis haqsız olaraq sol zolaqdakı sürücüyə "saxla əmri" verir. Bu cür hallarla rastlaşmış sürücülər isə növbəti dəvə polisin onu saxlayacağından ehtiyat edib lüzumsuz olaraq dayanıb tıxac yaradır.
Qeyd edək ki, bu konfiqurasiyada olan yolayrıclarından biri də Hüseyn Cavid parkının qarşısında (Elmlər Akademiyası metrosunun yaxınlığında) yerləşir. Həmin yolayrıcında da sürücülər lüzumsuz olaraq dayanıb digər istiqamətdən gələn sürücüləri gözləyirlər. Bu tip yolayrıcında hər iki istiqamətdən gələn sürücülər dayanmadan hərəkətlərinə davam edə bilər. Əgər sürücülər zolaqlar üzrə yerdəyişmə edərsə, yerdəyişmə edən sürücü digər zolaqdakı sürücüyə yol verməlidir. Əgər sürücülər yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir.
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO












