Dumanlı havada ancaq özünü düşünən sürücülər bu qaydaları bilmir - DİQQƏT! - VİDEO

Fevralın 17-si Ucarda dumanlı hava səbəbilə 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasından sonra mövzu yenidən gündəmə gəlib. Sürücülər dumanlı havada avtomobili necə idarə etməklə bağlı mütəxəssislərin fikirlərini öyrənmək üçün sosial şəbəkələrdə müxtəlif suallar ünvanlayıb.
Avtosfer.az xəbər verir ki, “Avto FM”in efirində qonaq olan qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərin suallarını cavablayıb.
MMəşqçi bildirib ki, sürücülərin əksəriyyəti dumanlı havada avtomobil idarə edərkən bəzi səhvlərə yol verirlər:
“Dumanlı havada avtomobilin bütün işıqlarını yandırmaq ən böyük səhvdir. Elə düşünürlər ki, bunu etməklə yolu işıqlandırmış olurlar. Duman qazdan ibarət divara bənzəyir və həmin divar yerə 50 santimetr qalmış bitir. Əgər sən bütün işıqları yandırsan, qarşında yalnız işıqlanmış divar görəcəksən. Bu halda yalnız yaxın işıqlarla duman işıqlarından istifadə etmək lazımdır. Bəzən hətta elə duman bürüyür ki ətrafı, bu zaman artıq yaxın işıqlar da kömək əvəzinə mane olur sürücülərə. Bu zaman yalnız duman işıqlarını yandırmaq lazımdır”.
Aqil Rəhimovun radionun efirində yayımlanan videosunu sizə təqdim edirik:
Səfər
Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR











